Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçirildi.



 
Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb. Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında ətraflı məlumat verildi. Beləliklə məlum oldu ki, layihə ərzində ümumən 98 ərizə verilib, bunlardan 13 iştirakçı proqram hazırlayıb və nəticədə 3 iştirakçı qalib seçilib. Qalib layihələr Səttar Hümmətli – “cAndroid” (III yer), Toğrul Cəfərli – “Bilgili” (II yer), Nicat Əsədov – “Alifba” (I yer) elan olundu.

Təşkilatçıların çıxışı ilə başlayan tədbir, qonaq qismində iştirak edən yerli operatorların nümayəndələri Məmməd Kərimov (Azerfon “Əlavə Dəyərli Xidmətlər bölümünün rəhbəri”), Elmar Quliyev (Bakcell “Marketinq şöbəsi BTL üzrə mütəxəssis”) və Tofiq Məmmədovun (Azercell “Baş müdirlik ofisi mütəxəssisi”, “Barama lahiyəsinin rəhbəri”) lahiyə haqqında fikirləri ilə davam etdi. Onlar lahiyənin uğurlarından danışaraq, gələcəkdə əməkdaşlığa ümüd etdiklərini qeyd etdilər.
Hackathon – hacker neologiyasıdır – proqrammistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqrammist və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
“Hackathon Azərbaycan” sözügedən hadisəni ölkəmizdə təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqrammistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.
Qeyd edək ki “Android erası” müsabiqəsi HuaweiUnibankın sponsorluğu ilə təşkil olunmuşdur.
http://www.hackathonazerbaijan.org/?p=374

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF