Qafqaz Universitetində Veb-dizayn hazırlıq kursları üçün qeydiyyata başlanılıb

08:05 / 16.02.2012
Qafqaz Universitetində Veb-dizayn hazırlıq kursları üçün qeydiyyata başlanılıb. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, kursda PhotoShop və interfeys dizaynı, dreamweaverla HTML və CSS istifadəsi ilə yanaşı, PHP və JavaScriptin ətraflı şəkildə öyrədilməsi nəzərdə tutulub. Universitetin Daimi İnkişaf Mərkəzi tərəfindən təşkil olunan kurslara qeydiyyat martın 9-da başa çatacaq. İki ay davam edəcək kurslarda fəal iştirak edən və müvəffəqiyyət qazanan tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcək. 
Qeyd edək ki, Veb-dizayn hazırlıq kursları barədə əlavə məlumatlar www.qu.edu.az internet səhifəsində yerləşdirilib.  
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır