Qafqaz Universitetində “Xocalı soyqırımını unutma” mövzusunda tədbir keçirilmişdir

Bakı, 22 fevral (AzərTAc). Fevralın 22-də Qafqaz Universitetində “Xocalı soyqırımını unutma” mövzusunda tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi anılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə mənfur ermənilərin qəsbkarlıq siyasəti apardıqlarını, günahsız qanlar axıtdıqlarını, neçə-neçə şəhər və rayonlarımızı işğal etdiklərini diqqətə çatdırmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırımını xatırladan A.Mirzəzadə bildirmişdir ki, təkcə bu qanlı hadisə zamanı 613 nəfər amansızcasına qətlə yetirilmişdir. Xocalı qırğını XX əsrin ən dəhşətli faciəsidir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi–hüquqi qiymət verildiyini bildirən deputat dünyanın ayrı-ayrı ölkələrində də bu faciəyə həsr edilmiş tədbirlərin keçirilməsinin, qanlı cinayət barədə daha ətraflı məlumatlar verilməsinin vacibliyini və əhəmiyyətini vurğulamışdır.
A.Mirzəzadə mənfur düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır