Qafqaz Universitetinin əməkdaşı ABŞ Dövlət Departamentinin sertifikatına layiq görüldü.

Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri Dr.İsa Qasımov ABŞ Dövlət Departamentinin Beynəlxalq Qonaqlar Layihəsi əsasında təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçısı olduğuna görə Beynəlxalq Qonaqlar ofisinin direktoru Alma R. Candelaria tərəfindən sertifikata layiq görüldü.
28 yanvar – 18 fevral 2012-ci il tarixlərində ABŞ-n Vaşinqton, Portland, Los-Anceles, Hantsvil və Nyu-York şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilən  “Ali təhsil və gələcək karyera planlaması” proqramı Meridian Beynəlxalq Mərkəzi tərəfindən icra edilirdi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır