Sumqayıt Özəl Türk liseyində “Sülh içində yaşayaq” adlı fənn gecəsi keçirilib


Sumqayıt Özəl Türk liseyində pedoqoji kollektiv daima çalışır ki, yeni interaktiv təlim formaları ilə müasir dövrün tələblərinə uyğun tədris həyata keçirsin və günün nəbzini tutsun. Bu məqsədlə şagirdlərin bilik səviyyələrinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq intellektual yarışlar, fənn gecələri və konfranslar keçirilir. 
Bu qəbildən olan tədbirlərdən biri də fevralın 16-da coğrafiya fənni həftəsi daxilində “Sülh içində yaşayaq” adlı fənn gecəsi keçirilib. Məlumat üçün bildiririk ki, liseydə coğrafiya fənninə marağı olan bir qrup şagird tərəfindən “Alpinist Tədqiqat Qrupu” formalaşdırılmışdır. 
Fənn gecəsinin keçirilməsinin əsas təşəbbüskarları da məhz onlardır. Gecəni keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini sülhə yönəltmək olmuşdur. Tədbirdə nümayiş etdirilən  slaydlar, səhnəciklər, bilik yarışları və xəritədə məntəqə tapma oyunu tamaşaçılar tərəfindən geniş maraqla qarşılanmışdır.
 Liseyin coğrafiya müəllimi Namiq Ağaməmmədov bildirmişdir ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili onlarda ruh yüksəkliyi əmələ gətirir və bu da fənnlərin mənimsənilmə faizini artırmağa kömək edir. 
Tədbirdə valideynlər, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edərək keçirilən tədbirin xoş məramından danışmışlar.Onlar bildirmişlər ki, Sumqayıt Özəl Türk Liseyi tədris sahəsində böyük uğurlara imza atdığı kimi, sosial fəaliyyətlərdə də müvəffəqiyyətlər əldə etməkdədir. Əslində hər bir şagird bir istedaddır və əsas məsələ bu şəxsi keyfiyyətləri üzə çıxarmaqdan ibarətdir.
 Sonda liseyin müdiri Ahmet Çamalan çıxış edərək gecənin təşkilatçılarına minnətdarlığını bildirmiş və onlara gələcək fəliyyətlərində uğurlar arzulamışdır.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/477-suelh-icind-yasayaq-adl-fnn-gecsi-kecirilib.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır