Xocalı-sizlayan yaddaşımız



Fevralın 22-də Qafqaz Universitetində Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü anıldı. 
Anma mərasiminin iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə xalqımızın qan yaddaşına həkk olunan o acı günün, Xocalı faciəsinin baş vermə səbəblərini təhlil etdi. “Bəlkə də burada söylədiklərimi dəfələrlə eşitmisiniz. Aramızda elə bir insan yoxdur ki, bu hadisələrdə itgisi olmasın. Xocalıda həlak olanlar bizim ata-analarımız, qardaş və bacılarımızdır. Bu mərasimlər ona görə keçirilir ki, gənclərimiz xalqımıza qarşı törədilən qəddarlığı, amansızlığı unutmasınlar” sözləri ilə gənclərə müraciətl edərək, mərasim iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildirdi. 
Dram dərnəyi üzvlərinin ifasında təqdim olunan “Xocalı -sızlayan yaddaşımız” adlı ədəbi-bədii kompozisiyada sənədli kadrların müşayiəti ilə bu soyqırımın bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğu vurğulandı. Xocalıda dinc əhalinin milli, etnik zəmində məhv edildiyindən ürəkağrısı ilə bəhs edildi. Mərasimdə “Vətən” adlı bir tarix kitabının Xocalı faciəsi səhifəsi bir daha oxundu.
Lakin bu tarix kitabına daha bir səhifənin- Azərbaycan xalqının igidliyi, qəhrəmanlığı və mərdliyi səhifəsi yazılacağını inamla səsləndirən gənclər “Unutmadıq, Xocalı, Səninləyik” bədii tərtibatını Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının dövlət bayraqlarını səhnəyə gətirməklə tamamlayaraq, əsrlər boyu türk millətinin heç vaxt təslim olmadığını vurğuladılar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır