ARDNŞ-nin İnsan Resursları Departamentinin əməkdaşları Qafqaz Universitetində olmuş, tələbələrlə görüş keçirmişlər


Martın 28-də ARDNŞ-nin İnsan Resursları Departamentinin əməkdaşları Qafqaz Universitetində olmuş, tələbələrlə görüş keçirmişlər.
150-ə yaxın tələbənin iştirakı ilə keçən görüşdə cıxış edən Qafqaz Universitetinin Daimi İnkişaf, Karyera, Planlama Mərkəzinin müdiri İsa Qasımov belə tədbirlərin tələbələr üçün əhəmiyyətli olduğunu bildirmiş, gəncləri bu səpkili proqramlarla maraqlanmağa, elan olunan müsabiqələrdə iştirak etməyə çağırmışdır. 
Daha sonra İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin kadr hazırlığı üzrə mütəxəssisləri tələbələrə ARDNŞ-nin Təqaüd Proqramları və digər layihələr barədə məlumat vermişlər. Qafqaz Universitetinin tələbə heyəti Şirkətin xarici və daxili Təqaüd Proqramları, Ödənişli Yay Təcrübəsi, ''Yay Məktəbi'' layihələri barədə ətraflı məlumat almış, proqramlara qoşulmanın şərtləri ilə tanış olmuşlar. Təqdimatdan sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF