“Azersun Holdinq”in İdarə Heyətinin Sədri Abdolbari Goozalın konfransa təqdim olunmuş məruzəsindən:

  • Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
     
    “Azersun Holdinq”in İdarə Heyətinin Sədri Abdolbari Goozalın konfransa təqdim olunmuş məruzəsindən:
  • Qloballaşan dünyada insan yetişdirmək kimi mühüm bir vəzifəni üstlənmiş çağ öyrətim şirkətinin bu qədər fədakar və zəhmətkeş müəllim heyəti vardır. Bu böyük məsuliyyət və böyük güc deməkdir.
  • Mən bəzən düşünürəm ki, bizlər bir-birimizi az-az görsək də, eyni ailənin üzvləriyik. Bizim hədəfimiz eynidir. Biz bir-birimizdən güc almaqla azərbaycanın iqtisadiyyatının inkişafına, insanların qida təminatının daha da yaxşılaşdırılmasına, cəmiyyətin inkişafına birgə çalışmaqdayıq. Gənclərin universitetdə başlayan həyat yolu biznesdə davam edir. Aldıqları təhsilin təməli güclü olduqda isə bunun biznes sektoruna da müsbət təsiri hiss olunur.
  • Sizlərlə aramızda yaranmış dostluq, tərəfdaşlıq əlaqələri illərin sınağından çıxıb. Illərə dayanan əməkdaşlıq münasibətlərimiz qafqaz universiteti ilə, o cümlədən, çağ öyrətim ışlətmələri şirkətinin digər təhsil müəssisələri ilə də davam etməkdədir. Mən deyərdim ki, çağ öyrətim ışlətmələri şirkəti ulu öndər heydər äliyevin göstərdiyi etimadın doğrulması istiqamətində böyük uğurlara nail olub. Yetişdirdiyi tələbələr tanınmış şirkətlərdə, müxtəlif dövlət vəzifələrində, o cümlədən, “azərsun holdinq”də böyük məsuliyyət alıblar.
  • Cənab prezidentimiz ılham äliyevin qeyri-neft sektoruna ayırdığı diqqət nəticəsində bu sektor da sürətlə inkişaf edir. Təbii olaraq bu sahədə rəqabət şərtləri də gündən-günə dəyişir. Bizlər də yaşanan bu inkişaf tempini fəaliyyətlərimizə tətbiq etməliyik. Burda ən başlıca amil isə ınsan amilidir. Illərlə çəkdiyimiz böyük zəhmətlər hesabına əldə etdiyimiz istehlakçı etimadı azərsun holdinq üçün böyük əmanətdir. Bu sahədə bir addım belə geri çəkilə bilmərik.
  • Biznes sektoru olaraq əldə etdiyimiz bir çox nailiyyətlər sizlərlə birgə olub. Elmsiz biznes inkişaf edə bilməz.
  • Azərsun holdinqin bölgənin ən iri istehsalçısına çevrilməsi bu qardaşlığın, dostluğun nəticəsində mümükün olmuşdur. Artıq azərbaycanda istehsal olunan məhsullarımız mdb məkanında, avropanın bir sıra ölkələrində ölkəmizi uğurla təmsil edir.
  • Əziz tələbələr, mənim uzun həyat yolum olub. Sizə qısaca verəcəyim 3 mesaj  aşağıdakılardır:
  1. Ətrafınızı sevgi və sayqı ilə doldurun.
  2. Həyatda insanlığa yaraşan prinsipl ər seçin v ə öz prinsiplərinizə sadiq qalın.
  3. Əgər müvəffəqsinizsə hansı işə həvəsiniz varsa o işə adanın  və işi bütünləşdirin.
 Allahın ədaləti böyükdür. Güvənin, inanin arzu etdiyiniz nəticəyə yetişəcəksiniz.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır