Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd Sadıqovun konfransa təqdim olunmuş məruzəsindən:

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd Sadıqovun konfransa təqdim olunmuş məruzəsindən:
·  Zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, professor-müəllim heyəti və tələbələri adından Sizi, görkəmli təhsil fədaisini “Çağ Öyrətim İşlətmələri”şirkətinin yaradılmasının 20 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
·  Məhz Heydər Əliyevin xeyir-duası ilə az sonra Naxçıvanda həyata vəsiqə alan “Çağ Öyrətim İşlətmələri”şirkəti və onun tərkib hissələri olan Araz kursları, Azərbaycan-Türkiyə özəl liseyləri milli təhsilimizin inkişafında layiqli yerini tutdu. Bu Şirkətin dünya miqyaslı fəaliyyətinə çox yaxşı bələd olan Ulu Öndər Heydər Əliyev Azərbaycanda onun daha böyük uğurlara imza atacağına inanırdı.
·  Bu gün Bakıda, Respublikanın 8 şəhərində, o cümlədən, Gəncədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərində müasir təhsil standartlarının tələblərinə uyğun olaraq, Azərbaycan dili ilə yanaşı ingilis dilində də tədris təşkil edilir.Bu liseylərin şagirdləri hər il Respublika və dünya miqyasında keçirilən olimpiadalarda böyük uğurlar əldə etmiş, dəfələrlə müxtəlif fənlər üzrə birincilər sırasına çıxmış, Azərbaycana qızıl, gümüş və bürünc medallar qazandırmışlar. Lisey məzunlarının 95-99%-i ölkəmizin, o cümlədən, MDB, Avropa, Amerika, Yaponiya və Çinin məşhur Universitetlərində təhsillərini uğurla davam etdirirlər.
· “Çağ Öyrətim İşlətmələri”şirkəti fəailiyyətini təkcə təhsil uğurları ilə məhdudlaşdırmır. Şirkət həmçinin müasir düşüncə tərzinə malik, vətənpərvər, yurd-vətən sevgisi ilə yaşayan gənclərin yetişdirilməsində də qətiyyətli addımlar atır. Burada torpaqlarımız uğrunda şəhid olanların anım günləri, qədim tariximiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə bağlı keçirilən tədbirlər gəncliyin hərtərəfli formalaşmasına  əsaslı zəmin yaradır.
·  Ölkəmizdə kənd təsərrüfatı üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssis hazırlığı aparılır.
·  Son 3 ildir ki, Azərbaycan Dövlət Aqrar Universiteti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində özünün yeni inkişaf yolunu keçmişdir.
· 2009-2011-ci illərdə Universitetin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, kompyuter texnikası, tədris avadanlıqları ilə təchiz edilmiş, elektron kitabxana yaradılmış, pedaqoji heyət perspektivli gənclər hesabına mohkəmləndirilmişdir. Elektron kitabxana yüksəksürətli xətli və xətsiz internet şəbəkəsinə qoşulmuş, kompyuterlərlə təchiz olunmuşdur.
·  Universitetdə informasiya təminatının səmərəliliyini artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmış, ADAU-nun saytı açılmış, bütün yeniliklər bu saytın vasitəsilə ictimaiyyətə çatdırılır.
·  Ali Attestasiya Komissiyasının qərarı ilə Universitetdə 5 ixtisas və 8 şifr üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə elmi şuralar fəaliyyət göstərir.
· Son 3 ildə ADAU-nun beynəlxalq imicinin formalaşması və nüfuzunun artırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür.
· Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin İstanbul Universiteti, Ərzurum Atatürk Universiteti, Qars Qafqaz Universiteti, Van 100-cü İl Universiteti, Fırat Universiteti ilə tədris-elmi əlaqələr qurmuş, müəllim-tələbə mübadiləsi aparır, alimlərimizin elmi əsərləri həmin Universitetlərin elmi məcmuələrində dərc olunur.
·  2011-ci il oktyabrın 3-də Universitetdə “Qafqaz ölkələri, Türk Cümhuriyyəti və Türkiyə Universitetlərinin tədqiqat əməkdaşlığı” mövzusunda ikinci zirvə toplantısı keçirilmişdir. Analoji birinci toplantı 2009-cu ilin noyabr ayında Türkiyənin Elazıx şəhərində Fırat Universitetində təşkil olunmuşdur.
·  Çox fərəhli hadisədir ki, bu il fevralın 16-da sayın rektor Ahmet Sanic cənabları Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olmuş, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları arasında üçtərəfli memorandum imzalanmışdır. Bu gün Universitetimizin professor-müəllim heyəti və tələbələri həmin imzalanma mərasiminin dərin təsiri ilə yaşayırlar. Biz əminik ki, bu memoranduma əsasən Universitetlərimiz arasında tədris və elmi əlaqələr daha da möhkəmlənəcək, tələbə-müəllim mübadiləsi genişlənəcək, dostluğumuz və qardaşlığımız əbədi hökm sürəcəkdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır