Azərbaycan-Türkiyə münasibətlərinin ictimai təsisatlar, elm və təhsil ocaqları arasında da genişlənməsi gələcəyə qoyulmuş kapitaldır

Bakı, 19 mart (AzərTAc). Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Mehmet Sağlam ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri sistemində parlamentarilərin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Q.Paşayeva demişdir ki, yüksək səviyyəli dövlətlərarası münasibətlərin ictimai təsisatlar, elm, təhsil ocaqları arasında da genişlənməsi gələcəyə qoyulmuş kapitaldır.
M.Sağlam Bakıya “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfransda iştirak etmək üçün gəldiyini qeyd etmişdir.
Söhbətdə “Çağ Öyrətim” və Qafqaz Universitetinin Azərbaycanda fəaliyyəti, təhsildə qazandıqları qabaqcıl mövqe minnətdarlıqla qeyd olunmuş, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətlərinin elm və təhsil sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. 
http://azertag.com/node/930521

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır