”Çağ” Azər­bay­can mək­təb­li­si­ni bey­nəl­xalq olim­pi­a­da­la­ra çı­xar­dı

Qaf­qaz Uni­ve­si­te­tin­də “Çağ” Öy­rə­tim İş­lət­mə­lə­ri Şir­kə­ti­nin öl­kə­miz­də fə­a­liy­yə­ti­nin 20 il­li­yi­nə həsr olun­muş “Mü­a­sir Azər­bay­can və “Çağ Öy­rə­tim” möv­zu­sun­da el­mi-prak­tik konf­rans ke­çi­ril­di. Təh­sil Na­zir­li­yi, “Çağ”ın və “Qaf­qaz”ın bir­gə təş­kil etik­lə­ri təd­bir­də Tür­ki­yə­dən gəl­miş nü­ma­yən­də­lər də iş­ti­rak et­di­lər.
Konf­rans iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­yan Qaf­qaz Uni­ver­si­te­ti­nin rek­to­ru, prof. dr. Ah­met Sa­niç mən­sub ol­du­ğu qu­ru­mun ən yad­da­qa­lan gün­lə­ri­ni ya­şa­dı­ğı­nı söy­lə­di. Bil­dir­di ki, 20 il ön­cə müs­tə­qil­lik əl­də et­miş qar­daş Azər­bay­ca­nın təh­sil hə­ya­tı­na ümum­mil­li li­der Hey­dər Əli­ye­vin uzaq­gö­rən si­ya­sə­ti ilə türk mək­təb­lə­ri qə­dəm qoy­du və sə­da­qə­tə eti­bar­la xid­mə­tə baş­la­dı. “Biz iq­ti­sa­di po­ten­si­a­lı­mı­zı in­tel­lekt ka­pi­ta­lı­na çe­vir­mə­li­yik”, - de­yə­rək qar­şı­mız­da ye­ni-ye­ni hə­dəf­lər qo­yan Hey­dər Əli­yev kur­su­nun la­yiq­li da­vam­çı­sı möh­tə­rəm Pre­zi­dent İl­ham Əli­ye­vin “ata ya­di­ga­rı” ki­mi gör­dü­yü mü­əs­si­sə­lə­rə şəx­si diq­qət və qay­ğı­sı sa­yə­sin­də mü­əs­si­sə­mi­zin uğur­la­rı da­ha çox ol­du. Bir­cə fak­tı qeyd edim ki, bu gün “Qaf­qaz”ın mə­zun­la­rı­nın so­ra­ğı dün­ya­nın 52 öl­kə­sin­dən gə­lir. On­lar Azər­bay­can hə­qi­qət­lə­ri­ni dün­ya­ya çat­dır­maq­la ya­na­şı, di­as­po­ru­mu­zun möh­kəm­lən­mə­si­nə də öz töh­fə­lə­ri­ni ve­rir­lər. Bü­tün bu fə­a­liy­yət­lər­də Təh­sil Na­zir­li­yi­nin, xü­su­sən də cə­nab na­zir prof. Mi­sir Mər­da­no­vun müs­təs­na ro­lu­nu da qeyd et­mək ye­ri­nə dü­şər­di”.
4 il­dir öl­kə­miz­də sə­fir ki­mi ça­lış­dı­ğı­nı və bu müd­dət­də “Çağ”ın fə­a­liy­yə­ti­ni ya­xın­dan iz­lə­di­yi­ni bil­di­rən Tür­ki­yə­nin öl­kə­miz­də­ki sə­fir Hu­lu­si Kı­lıç on­la­rın Azər­bay­can, elə­cə də Türk dün­ya­sı na­mi­nə gör­dük­lə­ri iş­lər­dən qü­rur duy­du­ğu­nu di­lə gə­tir­di: “Bu mək­təb­lər­də türk dün­ya­sı­nı la­yiq­lə təm­sil edə­cək gənc­lər ye­ti­şir­lər”. O, bu mək­təb­lə­rə olan qay­ğı­nın ye­ni üfüq­lər aç­dı­ğı­nı da bil­dir­di.
 ”Çağ” Azər­bay­can mək­təb­li­si­ni bey­nəl­xalq olim­pi­a­da­la­ra çı­xar­dı”
Konf­ran­sı ta­rix­də izi qa­la­caq bir təd­bir ki­mi də­yər­lən­di­rən təh­sil na­zi­ri Mi­sir Mər­da­nov “Çağ”ın öl­kə­mi­zə gə­li­şi­nin ta­ri­xi­ni və­rəq­lə­di. Da­ha son­ra de­di: “20 il ta­ri­xi ba­xım­dan qı­sa bir za­man­dır. La­kin “Çağ”ın bu ta­ri­xi­nin sə­hi­fə­lə­ri­ni və­rəq­lə­dik­cə on­lar­la iyir­mi il­də gö­rü­lən iş­lə­rin şa­hi­di ol­maq müm­kün­dür. “Çağ”ın öl­kə­miz­də fə­a­liy­yə­ti­nin iki onil­li­yi ta­mam olur. Qar­şı­dan ye­ni onil­lik­lər gə­lir. Əmi­nəm ki, on­lar təh­si­limz­də hə­lə çox ye­ni­lik­lər gə­ti­rə­cək­lər”. Da­ha son­ra Tür­ki­yə­dən təş­rif bu­yur­muş qo­naq­lar­dan, o cüm­lə­dən Tür­ki­yə Cüm­hu­riy­yə­ti Par­la­men­ti Səd­ri­nin mü­a­vi­ni prof. dr. Meh­met Sağ­lam­dan söz açan na­zir ötən əs­rin 90-cı il­lə­rin­də ya­şan­mış bir mət­ləb­dən söz aç­dı: “O il­lər­də na­zir­li­yi­mi­zin dəf­tər­xa­na lə­va­zi­ma­tı, o cüm­lə­dən bir ton ka­ğız al­ma­ğa be­lə im­ka­nı yox idi. O za­man Meh­met Sağ­lam bi­zim öl­kə­mi­zə 100 ton ka­ğız gön­dər­di. Yə­ni de­mək is­tə­yi­rəm ki, ən çə­tin gün­lə­rimz­də Tür­ki­yə bu və ya di­gər for­ma­da bi­zə əl tu­tub”.
Da­ha son­ra na­zir de­di: “Xo­ca əfən­di­nin məq­sə­di türk­çü­lü­yü dün­ya­da yay­maq­dan iba­rət idi. O, bu­na gö­rə təh­sil­dən is­ti­fa­də­yə önəm ver­di. Bu gün dün­ya­nın 152 öl­kə­sin­də “Çağ”ın mək­təb­lə­ri var. (Hət­ta Har­vard Uni­ver­si­te­ti­nin fə­a­liy­yət gös­tər­di­yi şə­hər­də “Çağ”ın mək­tə­bi var) Bu o de­mək­dir ki, dün­ya­nın 152 öl­kə­sin­də türk­çü­lük də təb­liğ olu­nur”.
”20 il­dir ki, “Çağ” Azər­bay­can təh­si­li üçün bir ör­nək­dir”, - söz­lə­ri ilə çı­xı­şı­nı da­vam et­di­rən təh­sil na­zi­ri ha­zır­da bu mək­təb­lər­də ça­lı­şan mü­əl­lim­lə­rin 80%-nin yer­li kadr­lar­dan iba­rət ol­du­ğu­nu söy­lə­di: “Bu isə “Çağ”ın ey­ni za­man­da da­ha ba­ca­rıq­lı, bi­lik­li mü­əl­lim­lər də ye­tiş­dir­mə­sin­dən xə­bər ve­rir. “Çağ” Azər­bay­can mək­təb­li­si­ni bey­nəl­xalq olim­pi­a­da­la­ra çı­xar­dı. Məhz “Çağ” ilk də­fə bey­nəl­xalq bi­lik ya­rış­la­rın­dan öl­kə­mi­zə me­dal­lar gə­tir­di. Bu gün təh­si­li­mi­zin so­ra­ğı dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən gə­lir. “Çağ”ın mək­təb­lə­rin­də təh­sil alan­la­rın, de­mək olar ki, ha­mı­sı ali mək­təb­lə­rə qə­bul olu­nur­lar. Bu gün bu mək­təb­lər ye­tiş­dir­dik­lə­ri dün­ya sə­viy­yə­li hə­kim­lə­ri, mü­hən­dis­lə­ri ilə Azər­bay­ca­nı­mı­za xid­mət edir­lər”. Mi­sir Mər­da­nov bü­tün bu ki­mi uğur­lar­da “Çağ”da fə­a­liy­yət gös­tə­rən doğ­ru, dü­rüst adam­la­rın əmə­yi­nin ol­du­ğu­nu vur­ğu­la­dı: “Bu­ra­da ça­lı­şan­lar­dan öy­rən­mi­şik və çox şey də öy­rə­nə­cə­yik. Son il­lər bu mək­təb­lə­rə axı­nın ar­tma­sı­nın da əsa­sı­nı  ha­lal­lıq­da ax­tar­maq la­zım­dır. Ha­lal­lıq olan yer­də in­ki­şaf da var, tə­rəq­qi də”. Təh­sil na­zi­ri Mi­sir Mər­da­nov “Çağ”ın bu sə­viy­yə­yə gəl­mə­sin­də mü­əy­yən çə­tin­lik­lər­lə qar­şı­laş­dı­ğı­nı vur­ğu­la­maq­la ya­na­şı, on­la­rın ne­cə həll olun­ma­sın­dan da söz aç­dı: “Bu mə­sə­lə­də “Çağ” Öy­rə­tim İş­lət­mə­lə­ri Şir­kə­ti İda­rə He­yə­ti­nin səd­ri En­ver Öze­re­nin də, sö­zün hə­qi­qi mə­na­sın­da, fə­da­kar­lı­ğı mü­hüm ro­lu ol­du. Onun döy­mə­di­yi qa­pı qal­ma­dı, açıl­ma­yan qa­pı­la­rı aç­dı və çox prob­lem­lə­ri həll et­di”.
  ”Bu gün “Çağ”ın mək­təb­lə­ri dün­ya­nın hər ye­rin­də var”
Tür­ki­yə Cüm­hu­riy­yə­ti Par­la­men­ti Səd­ri­nin mü­a­vi­ni, prof. dr. Meh­met Sağ­lam çı­xı­şın­da ilk də­fə öl­kə­mi­zə gə­li­şin­dən söz aç­dı və bil­dir­di ki, bu də­fə­ki sə­fə­rin­də çox in­ki­şa­fın şa­hi­di olub. Da­ha son­ra o, Azər­bay­can təh­si­li­nin, elə­cə də mə­də­niy­yə­tin­dən söz aç­dı. De­di ki, son il­lər bu sa­hə­lər­də Azər­bay­can mü­hüm uğur­lar im­za atıb, bu mə­na­da bi­zim də bu məm­lə­kə­tin bə­zi ör­nək­lə­rin­dən fay­da­lan­ma­ğı­mız la­zım­dır. Bu gün Azər­bay­ca­nın döv­lət büd­cə­sin­dən ay­rı­lan və­sa­i­tin önəm­li bir rə­qəm ol­du­ğu­nu qeyd edən Meh­met Sağ­lam bu­nu öl­kə­mi­zin bu sa­hə­yə olan diq­qə­ti ilə izah et­di. Da­ha son­ra o de­di: “Bu gün “Çağ”ın mək­təb­lə­ri dün­ya­nın çox öl­kə­lə­rin­də var. Bu isə o de­mək­dir ki, bu mək­təb­lər türk di­li­ni də təb­liğ edir­lər. Türk di­li ilə azər­bay­can di­li ara­sın­da elə bir fərq ol­ma­dı­ğı­nı nə­zə­rə al­saq, bu elə azər­bay­can di­li­nin təb­li­ği­dir”. Meh­met Sağ­lam “Çağ”ın ke­çir­di­yi təd­bir­lər­dən də söz aç­dı: “Tür­ki­yə­yə ma­ra­ğı ar­tır­maq məq­sə­di ilə ke­çi­ri­lən Bey­nəl­xalq Türk­cə Olim­pi­a­da­la­rı­nın Ba­kı­da ke­çi­ri­lən fi­na­lın­da tə­lə­bə­lə­ri­miz var gü­cü ilə ya­rış­dı. VI Bey­nəl­xalq Türk­cə Olim­pi­a­da­la­rı­nın Azər­bay­can fi­na­lı­na Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri ola­raq şəx­sən qa­tıl­mış­dım. Möh­tə­şəm bir mə­ra­sim­lə ha­fı­zəm­də qa­lan bu fi­nal­da mə­nim də fa­vo­ri­tim olan Qa­ra də­niz tür­kü­sü ilə bi­rin­ci olan qı­zı­mı­zı ha­mı­nız xa­tır­la­yır­sı­nız. Bu il Türk­cə Olim­pi­a­da­la­rı­na 150 öl­kə qa­tı­lır. Azər­bay­ca­nın “Çağ”ın tim­sa­lın­da bu ya­rı­şa qa­tıl­ma­sı bu öl­kə­nin təb­li­ği­nə da­ha ge­niş im­kan­lar açır”.
Meh­met Sağ­lam ma­raq­lı bir mə­qa­ma da to­xun­du: “Bö­yük Ata­türk hə­lə ne­çə il ön­cə: “Siz on­la­rın gəl­mə­yi­ni göz­lə­mə­yin, özü­nüz ge­din”, - de­yir­di. Bu mə­na­da “Çağ” onun da və­siy­yə­ti­ni ye­ri­nə ye­tir­miş ol­du, yə­ni 20 il ön­cə Azər­bay­ca­na gəl­di və qar­şı­ya qoy­du­ğu mis­si­ya­nı uğur­la hə­ya­ta ke­çir­di. Tə­bii ki, bu iş­də Hey­dər Əli­ye­vin da­nıl­maz xid­mət­lə­ri olub”. “Mə­nim bir rö­yam var: türk dün­ya­sı­nın bir­li­yi­ni gör­mək. İna­nı­ram ki, bu rö­yam da bu cür mək­təb­lər­də ye­ti­şən­lə­rin sa­yə­sin­də ger­çək­lə­şə­cək”,- söz­lə­ri ilə çı­xı­şı­nı da­vam et­di­rən na­tiq məhz təh­si­li­miz­lə bu­na na­il ola­ca­ğı­mı­zı əmin­lik­lə di­lə gə­tir­di.

”Əgər mən­dən so­ruş­sa­lar”
”Azer­sun Hol­din­qin” İda­rə He­yə­ti­nin səd­ri Ab­dul­ba­rı Go­o­zal söz­lə­ri­nə gö­rə, in­sa­nın də­yə­ri onun in­san­lı­ğa gös­tər­di­yi xid­mə­ti ilə öl­çü­lür. Bu mə­na­da “Çağ”ın əmək­daş­la­rı­nın xid­mə­ti in­san­lı­ğa xid­mət­dir. Da­ha son­ra öl­kə­mi­zin son il­lər­də­ki iq­ti­sa­di yük­sə­li­şin­dən söz açan na­tiq ar­rıq Azər­bay­ca­nın bə­zi döv­lət­lər tə­rə­fin­dən qıs­qanc­lıq­la qar­şı­lan­dı­ğı­nı de­di. O, ye­tiş­mək­də olan gənc nə­sil­lə Azər­bay­ca­nın hə­lə çox uğur­la­ra im­za ata­ca­ğı­nı vur­ğu­la­dı. Da­ha son­ra o, söh­bə­ti­ni iş pro­se­sin­də qar­şı­laş­dı­ğı mə­qam­lar­la da­vam et­dir­di. Bil­dir­di ki, onun rəh­bər­lik et­di­yi mü­əs­si­sə­lə­rə üz tu­tan ali sa­vad­lı gənc­lə­rin bə­zi­lə­ri heç işə baş­la­ma­mış­dan öz şərt­lə­ri­ni söy­lə­yir­lər. La­kin “Qaf­qaz”ın mə­zun­la­rı: “İş­lə­yə­rik, işi­mi­zi də­yər­lən­di­rər­si­niz” de­yir­lər. Çı­xı­şı­na isə bu söz­lər­lə ta­mam­la­dı: “Əgər mən­dən so­ruş­sa­lar ki, ha­zır­da rəh­bər­lik et­di­yi­niz hol­din­qin ida­rə­çi­li­yi­ni ki­mə əma­nət edər­si­niz, mən on­da dü­şün­mə­dən be­lə de­yər­dim: “Qaf­qa­zın mə­zun­la­rın­dan bi­ri­nə”.

Ən eti­ba­rı yer...
Mil­lət və­ki­li Qə­ni­rə Pa­şa­ye­va çı­xı­şı­na “Ni­yə Hey­dər Əli­yev “Çağ”a be­lə eti­ma­da gös­tər­di” su­a­lı ilə baş­la­dı və onu özü­nə­məx­sus şə­kil­də ca­vab­lan­dır­dı: “Ulu ön­dər təh­sil­lə ya­na­şı, di­gər mill mə­nə­vi də­yər­lə­rə də yük­sək də­yər ve­rir­di. Çün­ki “Biz bir mil­lət, iki döv­lə­tik” de­yən ümum­mil­li li­der yax­şı bi­lir­di ki, bu mək­təb­lər­də ye­ti­şən­lər­də həm türk, həm də azər­bay­can di­li­nə ey­ni sev­gi ola­caq. O, yax­şı bi­lir­di ki, bu mək­təb­lər­də mil­li-mə­nə­vi də­yər­lə­rə çox önəm ve­ri­lir. Bir söz­lə, o, yax­şı bi­lir­di ki, təh­sil mil­lə­tin gə­lə­cə­yi­dir. Bu mə­na­da, “Çağ” ulu ön­də­rin eti­ma­dı­nı tam doğ­rult­du”. Mil­lət və­ki­li­nin söz­lə­ri­nə gö­rə, “Çağ”ın nəz­din­də fə­a­liy­yət gös­tə­rən “Qaf­qaz” bir çox ste­ro­tip­lə­ri qır­dı: “Bir vaxt­lar ha­mı döv­lət ali mək­təb­lə­rin­də təh­sil al­ma­ğa can atır­dı. İn­di isə ən yük­sək bal top­la­yan­lar “Qaf­qaz”a üz tu­tur­lar. Bu isə “Qaf­qaz”ın dün­ya stan­dart­la­rı­na ca­vab ve­rən bir ali mək­tə­bə çev­ril­mə­si­nin ba­riz nü­mu­nə­si­dir”.
Qə­ni­rə xa­nım “Çağ”ın mək­təb­lə­ri ilə bağ­lı yad­da­şın­da si­lin­məz iz­lər bu­rax­mış bir ha­di­sə­ni də xa­tır­la­dı. De­di ki, hə­lə jur­na­list ki­mi fə­a­liy­yət gös­tər­di­yi il­lər­də Əf­qa­nıs­ta­na yo­lu düş­müş­dü: “O za­man hə­min məm­lə­kət­də və­ziy­yət o qə­dər də ürə­ka­çan de­yil­di. Hət­ta mə­nə otel­lər­də be­lə qal­ma­ğı məs­lə­hət gör­mə­di­lər. On­da mən su­al et­dim ki, bəs ge­cə­lə­mək üçün ha­ra üz tu­tub. Mə­nə ora­da fə­a­liy­yət gös­tə­rən Türk li­se­yi­ni ni­şan ver­di­lər və mən ora üz tut­dum”.
Çı­xı­şı­nı isə mil­lət və­ki­li bu söz­lər­lə ta­mam­la­dı: “Bu gün Azər­bay­can təh­si­li­nin bay­ra­mı­dır. Bu bay­ram­da zəh­mə­ti olan­la­rın hər bi­ri­nə tə­şək­kü­rü­mü bil­dir­mək­lə ya­na­şı, de­yi­rəm: “Hər za­man ya­nı­nız­da­yam. Mən si­zə hə­mi­şə xid­mət et­mə­yə ha­zır olan kö­nül­lü üz­vlə­ri­niz­də­nəm”.
 ”Çağ”dan ör­nək gö­tür­dük”
Aka­de­mik Zə­ri­fə Əli­ye­va adı­na li­se­yin di­rek­to­ru Mə­həb­bət Və­li­ye­va isə de­di: “Döv­lət müs­tə­qil­liy­mi­zin ilk ay­la­rın­da bu mək­təb­lə­rin Azər­bay­ca­na gə­li­şi həm təh­si­li­mi­zin, həm də döv­lə­ti­mi­zin in­ki­şa­fı na­mi­nə gös­tə­ril­miş qar­daş­lıq kö­mə­yi idi. “Çağ” Öy­rə­tim bir tə­rəf­dən döv­lə­ti zə­ru­ri kadr po­ten­si­a­lı ilə tə­min edir, di­gər tə­rəf­dən gənc nəs­li mil­li-mə­nə­vi də­yər­lər ru­hun­da tər­bi­yə edir ki, bu da öz növ­bə­sin­də döv­lət müs­tə­qil­li­yi­nin qo­run­ma­sın­da müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir.
Onun söz­lə­ri­nə gö­rə, son il­lər res­pub­li­ka­mız­da həm mad­di-tex­ni­ki ba­za­sı­na, həm də pe­da­qo­ji kadr­la­rın el­mi po­ten­si­a­lı­na gö­rə nü­mu­nə­vi sa­yı­lan mək­təb­lər fə­a­liy­yə­tə baş­la­yıb. Bu mək­təb­lər­dən bi­ri də onun rəh­bər­lik et­di­yi Aka­de­mik Zə­ri­fə Əli­ye­va adı­na li­sey­dir: “Mək­tə­bi­miz işi­ni “Çağ”ın mo­de­li əsa­sın­da qu­rub və bu­nun da uğur­la­rı göz qa­ba­ğın­da­dır. Be­lə ki, hər iki bu­ra­xı­lış­da­kı  251 mə­zu­nu­muz is­tis­na­sız ola­raq tə­lə­bə adı­nı qa­za­nıb. Ye­ri gəl­miş­kən, ötən il­ki mə­zun­la­rı­mız­dan 14 nə­fə­ri ha­zır­da “Qaf­qaz” Uni­ver­si­te­ti­nin tə­lə­bə­si­dir. On­lar­dan 8 nə­fə­ri im­ta­han­lar­da 650-dən yu­xa­rı bal top­la­yıb.  Mə­zun­la­rı­mız­dan 5 nə­fə­ri Pre­zi­dent tə­qa­üd­çü­sü­dür ki, on­lar­dan bi­ri də “Qaf­qaz” Uni­ver­si­te­ti­nin tə­lə­bə­si­dir.  Mə­zun­la­rı­mı­zın  bu uni­ver­si­te­ti seç­mə­si heç də tə­sa­dü­fi de­yil. Bu, “Çağ “ Öy­rə­tim İş­lət­mə­lə­ri, xü­su­si­lə də “Qaf­qaz” Uni­ver­si­te­ti ilə mək­tə­bi­miz ara­sın­da­kı sə­mi­mi dost­luq və əmək­daş­lıq mü­na­si­bət­lə­ri­nin nə­ti­cə­si­dir. Bu mü­na­si­bət­lər­də  uni­ver­si­te­tin rek­to­ru, pro­fes­sor Əh­məd Sa­ni­çin və pro­fes­sor- mü­əl­lim he­yə­ti­nin mək­tə­bin şa­gird­lə­ri ilə mü­tə­ma­di gö­rüş­lə­ri, on­la­ra yal­nız ali mək­təb rəh­bə­ri ki­mi de­yil, ey­ni za­man­da bir alim və  zi­ya­lı ki­mi də­yər­li məs­lə­hət­lər ver­mə­si xü­su­si yer tu­tur.
 ”Azər­bay­can­lı mü­əl­lim­lər bu gün ame­ri­ka­lı gənc­lə­rə dərs de­yir­lər”  
”Çağ” Öy­rə­tim İş­lət­mə­lə­ri Şir­kə­ti İda­rə He­yə­ti­nin səd­ri dr. En­ver Öze­ren isə çı­xı­şı­na be­lə baş­la­dı: “Çağ” Öy­rə­tim ar­tıq 20 il­dir ki, ulu ön­dər Hey­dər Əli­yev ir­si­nə, onun inam və eti­ba­rı­na, eti­ma­dı­na sə­da­qət­lə xid­mət edir. Ge­ri­də qa­lan iyir­mi il ər­zin­də Azər­bay­can-Tür­ki­yə təh­sil mü­əs­si­sə­lə­rin­dən min­lər­lə gənc mə­zun ol­muş, bu gün öl­kə­nin iq­ti­sa­di in­ki­şa­fın­da, si­ya­si və ic­ti­mai hə­ya­tın­da fə­al iş­ti­rak edir, el­mi fə­a­liy­yət­lə­ri ilə Azər­bay­ca­nın tə­rəq­qi­si­nə xid­mət edir­lər. Şa­gird və tə­lə­bə­lə­ri­miz öz bi­lik və ba­ca­rıq­la­rı ilə Azər­bay­ca­nı həm böl­gə­də, həm də dün­ya­da şə­rəf­lə təm­sil edir­lər. Ar­tıq sa­yı 500-ə ya­xın­la­şan bey­nəl­xalq fənn olim­pi­a­da­la­rı ilə, dün­ya­nın dörd bir ya­nın­da ən məş­hur uni­ver­si­tet­lər­də al­dıq­la­rı təh­sil­lə, qa­zan­dıq­la­rı ix­ti­sas­la, el­mi də­rə­cə­lər­lə, ən baş­lı­ca­sı, mil­li və ümum­bə­şə­ri əx­la­qi də­yər­lə­rə sa­hib ol­ma­la­rı ilə, Və­tə­nə, xal­qa, döv­lə­tə, onu təm­sil edən Pre­zi­den­tə sə­da­qət­lə­ri ilə fərq­lə­nir, diq­qə­ti cəlb edir və təq­dir edi­lir­lər. Onun söz­lə­ri­nə gö­rə, ha­zır­da dün­ya­nın 150 öl­kə­sin­də “Çağ”ın mək­təb­lə­ri fə­a­liy­yət gös­tə­rir. Bun­lar ey­ni za­man­da Azər­bay­ca­nı da uğur­la təm­sil edir­lər. Bu gün ABŞ ki­mi bir öl­kə­də mə­zu­nu­muz ol­muş 50-yə ya­xın azər­bay­can­lı mü­əl­lim ça­lı­şır. Bu isə o de­mək­dir ki, azər­bay­can­lı mü­əl­lim­lər bu gün ame­ri­ka­lı gənc­lə­rə dərs de­yir­lər. 
Qeyd edək ki, təd­bir­də Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin rek­to­ru Abel Mə­hər­rə­mov, Tur­qut Özal Uni­ver­si­te­ti­nin rek­to­ru prof.  dr. Erol Oral, TU­Sİ­AB-ın baş­kan mü­a­vi­ni Mu­ham­med Gü­ven də çı­xış edib­lər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır