Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib



Fevralın 24-də tarixində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) fəlsəfə kafedrasının müəllimləri Piri Axundov, Anar Həsənov və İnformasiya texnologiyaları və beynəlxalq əlaqələr mərkəzinin əməkdaşı Etibar Verdiyev iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə ADAU-nun müəllimləri Piri Axundov “Xocalı soyqırımı”, Etibar Verdiyev “Qarabağ bölgəsində tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, Anar Həsənov “Torpaqların işğalı zamanı dəymiş iqtisadi ziyan” mövzularında iştirakçılara ətraflı məlumat veriblər. Sonra Azərbaycan və ingilis dillərində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirin sonunda liseyin müdir müavini Oğuz Burkaz xalqımızın başına gətirilən bu qanlı faciə haqqında ətraflı və izahlı məlumat verdiklərinə görə  qonaqlara rəhbərlik adından dərin minnətdarlığını bildirib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/494-liseyd-xocal-soyqrmna-hsr-olunmus-tdbir-kecirilib.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF