Martın 16-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində keçiriləcək "Müasir Azərbaycan təhsili və "Çağ" Öyrətim" mövzusunda konfransda iştirak etmək üçün Türkiyədən Azərbaycana gəlmiş nümayəndə heyəti ilə görüşüb.

30 Mart 2012 - №12 Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olanəlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib.Misir Mərdanov ağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda gördüyü işlər, əldə etdiyi uğurlar barədə ətraflı söhbət açıb. Qafqaz Universitetinin Azərbaycanda ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edən nazir ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin fəaliyyətini yüksək dəyərləndirib.
Təhsil naziri son illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərə diqqət çəkib. Bu baxımdan ağ" Öyrətim İşlətmələri Şirkətinin mühüm rolunu xüsusi vurğulayan Misir Mərdanov Azərbaycan təhsilinin səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam Türkiyə Yüksək Öyrətim Kurulunun rəhbəri olarkən Azərbaycana gəldiyini bildirib. Qonaq ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik iqtisadi inkişafının təhsilin tərəqqisinə yol açmasını yüksək dəyərləndirib.
Turqut Özal Universitetinin rektoru Erol Oral 2001-2005-ci illərdə Azərbaycanda çalışdığını, həmin dövrü həyatının ən dəyərli hissələrindən biri hesab etdiyini söyləyib. Dörd il rəhbərlik etdiyi Qafqaz Universitetinin qazandığı uğurlara görə qürur duyduğunu bildirən rektor Azərbaycanla Türkiyəarasındakı təhsil əlaqələrinin əhəmiyyətinə diqqət çəkib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətinə verdiyi yüksək dəyərə görə Misir Mərdanova təşəkkürünü bildirib. Rektor Qafqaz Universitetinin fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verib, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında təhsil sahəsindəki əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayıb.
Dünyanın 150 ölkəsində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən Ə.Saniç Azərbaycandakıfəaliyyətlərinin xüsusilə fərqləndiyini nəzərə çatdırıb. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə Azərbaycan dövləti tərəfindən göstərilən dəstəyi xüsusi vurğulayan rektor gələcək fəaliyyətlərinin daha səmərəli olacağına inamını ifadə edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF