Millət vəkili Türkiyə parlamentinin sədr müavini ilə görüşüb



- Sosial
Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini Mehmet Sağlam ilə görüşüb.
Gün.Az xəbər verir ki, görüş Türkiyənin “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycan təhsil həyatında iştirakının 20-ci ildönümü münasibətilə keçirilən “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfransı çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasi­bətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili bildirib ki, yüksək səviyyəli dövlətlərarası münasibətin ictimai təsisatlar, elm-təhsil ocaqları arasında da genişlənməsi gələcəyə qoyulmuş kapitaldır.

Bu sırada “Çağ Öyrətim” və Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətini, təhsildə qazandıqları qabaqcıl mövqeni minnətdarlıqla qeyd edən Mehmet Sağlam və Qənirə Paşayeva, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin elm-təhsil qolu üçün böyük anlam daşıdığını vurğulayıblar.

Kamil Həmzəoğlu
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır