“Qafqaz SİFE” komandası konfransda

29 March, 2012
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə “SİFE SİLK ROAD” liderlərin beynəlxalq konfransı keçirildi. Konfransda Universitetimizin “Qafqaz SİFE” komandası öz maraqlı biznes layihələri ilə çıxış etdi.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, , ümumilikdə SİFE proqramları üzrə yarışların keçirilməsində məqsəd-sahibkarlıq fəaliyyətinə gəncləri təşviq, azad sahibkaarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişafdan ibarətdir. SİFE dünyanın 39 ölkəsinin 1600 universitetini və 50 mindən çox tələbəsini birləşdirən beynəlxalq proqramdır. 
SİFE proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuş və 1996-ci ildən proqram üzrə milli yarışların keçirilməsinə başlanılıb. 2001-ci ildən proqram üzrə Dünya Kuboku yarışları keçirilir və Azərbaycan komandaları 2006-ci ildən bu yarışlarda iştirak edir. Universitetimizin “Qafqaz SİFE” komandasına dünya çempionatının finalında iştirak etmək və dünya çempionu fəxri adını qazanmağı arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır