Qafqaz Universiteti ilə AzTU arasında əməkdaşlıq möhkəmlənir

Azərbaycan Texniki Universiteti və Qafqaz Universiteti arasında bu yaxınlarda əməkdaşlıq memarandumu imzalanmışdır.Bu memarandum əsasında Qafqaz Universitetinin nümayəndə heyəti—Mühəndislik fakültəsinin dekanı dos.Yadulla Babayev, Kompüter Mühəndisliyi bölməsinin müdiri Dr.Abzetdin Adamov Sənayeni təşkili və idarə olunması bölməsinin müdiri, dekan müavini dos.Kadir Demirkıran AzTU-də olmuşdular.
 
Görüşdə AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dos.Natiq Əhmədov, “Maşınqayırma” fakültəsinin dekanı,dos.Ərəstun Məmmədov, “Metalurgiya” fakültəsinin dekan müavin,dos.Tahir Cabbarov və “AHT” fakültəsinin dekanı, dos Rauf Həsənov iştirak etmişdir.Görüş zamanı AzTU-nun adları çəkilən fakültələrin hər iki universitet arasıda müvafik fakültələrdə tədris olunan proqramlarının uyğunlaşdırılması, birgə elmi tədqiqatların, elmi konfrans aparılması və eyni adlı kafedralar arasında əlaqələrin yaradılmasının gücləndirilməsi nəzərdə tutulmuş və bir sıra görüləcək işlər ətrafında müzakirələr aparılmışdır.
http://aztu.edu.az/index.php/ru/aztunewsru?start=4

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır