Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib - FOTOLENT

Bölmə: SOSİAL
17 Mart 2012 19:17

Bu gün Qafqaz Universitetində “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfrans keçirilib. Lent.az-ın məlumatına görə, “Çağ Öyrətim İşlətmələri” Anonim Şirkətinin Azərbaycan təhsil həyatında iştirakının 20-ci ildönümü münasibəti ilə təşkil edilən konfransda, şirkət mənsubları, ziyalılar, KİV təmsilçiləri iştirak edib.

Konfransda həmçinin təhsil naziri Misir Mərdanov, millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, Türkiyə BMM sədrinin müavini Mehmet Sağlam və digər rəsmi şəxslər də iştirak və çıxış edib.

Çıxış edən natiqlər “Çağ Öyrətim”in Azərbaycanda fəaliyyətini, təhsildə qazandığı qabaqcıl mövqeni minnətdarlıqla qeyd edib, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin elm-təhsil sektoru üçün böyük anlam daşıdığını vurğulayıb, “Çağ Öyrətim” yetirmələrinin Azərbaycan-Türkiyə münasibətlərinin, ümumən Türk Dünyasında inteqrasiyanın güclənməsində böyük potensiala sahib olduğunu qeyd ediblər. Konfransda Azərbaycanın bir sıra tanınmış ziyalıları, elm, təhsil və mədəniyyət xadimləri “Çağ Öyrətim” və Qafqaz Universitetinin birgə təsis etdiyi xüsusi plaketlə təltif olunublar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF