“Qafqaz” Universitetinin rektoru Prof. Dr. Ahmet Saniçin konfransa təqdim olunmuş məruzəsindən

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qafqaz” Universitetinin rektoru Prof. Dr. Ahmet Saniçin konfransa təqdim olunmuş məruzəsindən:
·  Müstəqillik əldə etmiş qardaş Azərbaycanın da qarşısında duran əsas vəzifələrdən biri mövcud təhsil ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək olmuşdur. Milli təhsil quruculuğu prosesində  təhsilin prioritet sahə kimi dövlət qayğısı ilə əhatə olunması ilə yanaşı, milli maraqların nəzərə alınması şərti ilə dünya təcrübəsinin də öyrənilməsi son dərəcə vacib idi.
·  Məhz belə bir tarixi şəraitdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvandan dünyaya açılan türk məktəbləri Azərbaycanın təhsil həyatına qədəm qoydu.
·  Təbii ki, sözügedən uğurlar bilavasitə “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik”, – deyərək qarşımızda yeni-yeni hədəflər qoyan Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin “ata yadigarı” kimi gördüyü müəssisələrə şəxsi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi fondun digər sahələrlə yanaşı təhsil sahəsində də gördüyü işlər,  müvafiq dövlət və hökumət qurumlarının dəstəyi sayəsində həyata keçirildi.
·   Bütün bu fəaliyyətlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, xüsusən də cənab nazir prof. Misir Mərdanovun müstəsna rolunu da qeyd etmək yerinə düşərdi. Ona görə də əldə olunan nailiyyətlər məhz Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi hesab olunmalıdır. İnanırıq ki, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümünü qeyd edən şirkətimiz bundan sonra da qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəkdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF