Qənirə Paşayeva TBMM sədr müavini ilə görüşüb - FOTO


Bölmə: SİYASƏT
19 Mart 2012 11:29


Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini Mehmet Sağlam ilə görüşüb. Lent.az-ın verdiyi xəbərə görə, Türkiyənin “Çağ Öyrətim İşlətmələri” Şirkətinin Azərbaycan təhsil həyatında iştirakının 20-ci ildönümü münasibəti ilə düzənlənən “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş başqan müavini ilə görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasi¬bətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkili bildirib ki, yüksək səviyyəli dövlətlərarası münasibətin ictimai təsisatlar, elm-təhsil ocaqları arasında da genişlənməsi gələcəyə qoyulmuş kapitaldır. Bu sırada “Çağ Öyrətim” və Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətini, təhsildə qazandıqları qabaqcıl mövqeni minnətdarlıqla qeyd edən Mehmet Sağlam və Qənirə Paşayeva, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin elm-təhsil qolu üçün böyük anlam daşıdığını vurğulayıblar.

http://lent.az/xeber_89442_Q%C9%99nir%C9%99_Pa%C5%9Fayeva_TBMM_s%C9%99dr_m%C3%BCavini_il%C9%99_g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb_-_FOTO

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF