SOCAR-ın mütəxəsisləri Qafqaz Universitetinin tələbələri ilə görüşdü

28.03.2012, Azərbaycanda təhsilin inkişafına hərtərəfli kömək göstərən SOCAR müxtəlif istiqamətli layihələri ilə neft kapitalının insan kapitalına çevrilməsində mühüm işlər görməkdədir.
 Belə layihələrdən biri də SOCAR-ın təqaüd proqramlarıdır. Hazırda daxili təqaüd proqramlarına elektron müraciət davam etməkdədir. 
Müraciətlər aprelin 2-ə kimi davam edəcəkdir. 
SOCAR-n təqaüd proqramları haqqında ətraflı məlumat www.socar.az\tehsil  linkində verilmişdir.
Təqaüd proqramları, eləcə də təcrübə proqramları haqqında geniş məlumat verən SOCAR-ın mütəxəssisləri – Təlim və inkişaf şöbəsinin kadr məsələləri mühəndisləri Vüsalə xanım Cəfərli və Raman Süleymanov tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını da cavablandırdılar.
Xatırladaq ki, SOCAR-ın hər hansı təqaüd proqramlarında iştirak etmə hüququ qazanmış tələbələrə növbəti layihələrində üstünlük verilir. 
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır