Turqut Özal Universitetinin rektoru Bakı Özəl Türk liseyində olub.

Martın 18-də Turqut Özal Universitetinin rektoru, professor Erol Oral Bakı Özəl Türk liseyində olub. Görüşdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, “Qafqaz “ Universitetinin rektoru, professor Ahmet Saniç, Azərbaycan-Türkiyə Özəl Liseyləri (ATÖL) Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov da iştirak edib. 
Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları və burada şagirdlər üçün hazırlanmış sosial şəraiti ilə yaxından tanış olub. Görüş zamanı E. Özeren “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin Azərbaycan təhsilində yeri və rolu, təhsildə əldə etdikləri nailiyyətləri, təhsil ocaqlarında tətbiq olunan yeni texnologiyaları barədə məlumat verib. Sonra ATÖL Baş İdarə rəisi A. Gömleksiz liseylərin məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalarından, şagirdlərinin respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmalarından və təhsillərini dünyanın bir çox universitetlərində uğurla davam etdirmələrindən danışıb. Təhsildə bu uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. 
Qonaqlar liseylə tanışlıqdan sonra burada şagirdlər üçün hazırlanmış şəraitdən və  “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin təhsildə əldə etdiyi uğurlarından məmnun olduqlarını bildiriblər və onlara təhsildə uğurlar arzulayıblar. Görüşün sonunda Bakı Özəl Türk liseyinin müdiri Hayrettin Ünver Turqut Özal Universitetinin rektoru, professor Erol Orala xatirə hədiyyəsi təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF