Azərbaycanlı mühəndis - Qafqaz Universiteti məzunu Asif Hüseynovun ABŞ-dakı uğurları

Asif Hüseynov Qafqaz Universitetində bakalavr təhsilini uğurla bitirdikdən sonra, magistr təhsilini ABŞ-ın Missouri ştatında davam etdirir. O, 2003-cü ilin Sentyabr ayında Bakıda BP Azərbaycan şirkətində Qazmaçı muhəndis vəzifəsində işə başlayır. Şirkət Asif Hüseynovda olan potensialı görərək, onu 2006-cı ilin İyul ayında BP-nin ABŞ offisində Qazma Muhəndisi vəzifəsinə təyin edir. Bu vəzifədə göstərdiyi yüksək nailiyyətlərə görə onu Quruda Wyoming Qazma qurğusunda baş mühəndis vəzifəsinə təyin edirlər. 2008-ci ilin Avqust ayından isə Meksika körfəzində Qazmaçı muhəndis olarag “Mad Dog” ve “Atlantis” yataqlarının işlənməsində fəaliyyətini davam etdirir.   
        Asif Hüseynov “Macondo” yatağındakı “Deep Water Horizon” qurğusunun partlayışından sonra BP-nin Meksika korfəzində ilk quyusunun Baş muhendisi olmuşdur (Single Point Accountble (SPA). Bu layihə 2011-ci ilin birinci rübündə başlamış və 2012-ci ilin Mart ayında başa çatmışdır. Bu gazma quyusu BP-nin Meksika korfəzində ən böyuk layihələrindən olan “Atlantis” yatağında qazılmışdır. Qeyd edək ki, “Atlantis” yatağı 7,000 ft (2122 m) suyun uzərində, Meksika körfəzinin Green Canyon blokunda yerləşir və dünyanın ən dərin sularında yerləşən istehsal qurğusudur.
            Bu neft quyusu BP üçün çox böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi keçənilki partlayışdan sonra BP Meksika korfəzində fəaliyyətlərini bərpa etməyə çalışırdı. Burada baş verən proseslər BP rəhbərliyi, ABŞ hökuməti, eləcə də dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilirdi. Bu layihənin də öhdəsindən uğurla gələn məzunumuz hal hazırda BP şirkətində yeni-yeni uğurlara imza atmağa davam edir.
Belə dünya əhəmiyyətli layihənin baş muhəndisinin azərbaycanlı olması, həmçinin Qafqaz Universitetinin məzunu olması bizdə qürur hissi oyadır.  
       Asif Huseynovun ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Alyansının işinə koməklik göstərməklə Azərbaycan mədəniyyətinin dünyaya çatdırılması kimi mühüm fəaliyyətləri də mövcuddur. 
            Bir Dünya Universiteti olmağı hədəfləyən Qafqaz Universiteti Asif Huseynov kimi məzunları ilə qlobal əhəmiyyətli layihələrin icarasında aparıcı rol oynamaqla, doğru yolda olduğunu bir daha nümayiş etdirir.
            Asif Huseynov Qafqaz Universiteti ailəsinin üzvi kimi bütün Azərbaycanın fəxridir. Biz Asif Huseynov və onun kimi digər məzunlarımızla fəxr edir və daha böyük nailiyyətlər diləyirik.
          Xatırladaq ki, Qafqaz Universiteti Sənaye Mühəndisliyi bölməsindən 2002-ci ildə məzun olmuş Asif Hüseynov 6 ilə yaxindır ki, ABŞ-ın Texas ştatının Houston şəhərində yaşayır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır