Festivaldan qələbə ilə dönən qaliblər

16 April, 2012
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkilatçılığı ilə cari ilin 10-11 aprel tarixlərində “Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsi keçirildi. Festivalın keçirilməsində əsas məqsəd, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və yeni ünsiyyət əlaqələrinin formalaşdırılmasına şərait yaratmaqdır.
Tədbirə yaradıcı tələbələri və kollektivləri ilə qatılan Qafqaz Universiteti böyük rəğbət sahibinə çevrildi. “Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsində Qafqaz Universitetini təmsil edən istedadlı gənclər müxtəlif   nominasiyalar və janrlar üzrə müvəffəqiyyət qazandılar. Beynəlxalq status daşıyan festivalda universitetin Millli rəqslər üzrə (oğlanlardan ibarət) kollektivi I yerə, Millli rəqslər üzrə (qızlardan ibarət) kollektivi II yerə, pop musiqisi üzrə (duet ifa) I yerə, xalq musiqisi üzrə (solo ifa) II yerə layiq görüldü. 
“Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konsertinin 17-19 aprel tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır.  Tələbələrimizi əldə etdikləri yaradıcılıq uğurları münasibətilə təbrik edir, onlara universitetimizi layiqincə təmsil etmək, dünya miqyasında onun yüksək imicini qoruyub saxlamaq naminə gördüyü işlərdə  müvəffəqiyyətlər arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır