Gəncə Dövlət Universitetində görüş

Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirli Gəncə Dövlət Universitetində (GDU) olublar. Universitetin rektoru, professor Elman Məmmədovla görüşən qonaqlar rəhbərlik etdikləri təhsil ocaqlarının fəaliyyəti, təhsildə əldə etdikləri uğurları barədə məlumat veriblər. 
TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq respublikamızın eləcə də dünyanın nüfuzlu universitetlərində təhsillərini uğurla davam etdirmələrindən, beynəlxalq fənn və layihə olimpiadalarından ölkəmizə medallarla dönmələrindən söhbət açıblar. 
Bu yaxınlarda keçirilmiş dünyanın 42 ölkəsindən 400-ə qədər şagirdin iştirak etdiyi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiyadasında (İNEPO) liseyin iki şagirdi medallara layiq görülməsindən danışıblar. 
Lisey və Gəncə “Araz” Kursunun nailiyyətlərindən məmnun olduğunu bildirən rektor, Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyini və bütün pedoqoji kollektivini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır