Lənkəran Dövlət Universitetinin rektoru Lənkəran Özəl Türk Liseyində

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Asəf İsgəndərov Lənkəran Özəl Türk Liseyində olub. Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları ilə yaxından tanış olub. Liseyin müdiri Rüfət Əliyev məktəbin fəaliyyətindən danışaraq bildirib ki, məzunları TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq respublikamızın eləcə də dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olurlar. Beynəlxalq fənn və layihə olimpiadalarından qızıl, gümüş, bürünc olmaqla ümumilikdə 154 medal qazanıblar.
Sonra rektor A. İsgəndərov liseyin bir qrup müəllim və 11-ci sinif şagirdləri ilə görüşüb. Görüş zamanı çıxış edən professor liseyin bölgə təhsilinin inkişafında, gənc nəslin bilikli, geniş dünyagörüşlü, təlim-tərbiyəli yetişməsindəki rolundan, bunun nəinki bölgə, bütövlükdə respublikamız üçün əhəmiyyətindən danışıb. Burada şagirdlər üçün lazımi şəraitin hazırlandığını qeyd edən natiq, lisey şagirdlərinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və uğurlarından qürur duyduğunu vurğulayıb. Rektor bu liseyi bitirən məzunların LDU-də uğurla təhsillərini davam etdirdiyini də söyləyib.
Sonra Asəf İskəndərov Lənkəran Dövlət Universitetinin fəaliyyəti haqqında söhbət açaraq bildirib ki, iki fakültə ilə fəaliyyətə başlayan LDU-də indi 4 fakültə, 11 kafedra, magistratura və doktorantura şöbəsi, 14 laboratoriya, elmi kitabxana, idman kompleksi, elektron təhsil şəbəkəsi vardır. O, üç istiqamətdə, informasiya texnologiyaları, xarici dillər və Azərbaycan tarixinin daha keyfiyyətli öyrənilməsinə önəm verdiklərini vurğulayıb. Gələcək planlarından da danışan rektor bildirdi ki, LDU üçün yeni şəhərcik salınmasının nəzərdə tutulduğunu deyib. Çıxışının sonunda Lənkəran Özəl Türk Liseyinə təhsildə uğurlar arzulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır