Məktəblilərin fövqəladə hallara qarşı hazırlığı yoxlanıldı

Kafkas Ilköğretim okulunda zəlzələ, yanğın və digər fövqəladə hallarda davranmağın qaydaları və belə vəziyyətlərdə xilas olmağın yolları barədə təlim keçirilib. Əvvəlcə  müəllimlər bununla əlaqədar olaraq şagirdlərə ətraflı məlumat veriblər. Məktəblilərə sinifdə və məktəbin həyətində qorunmağın eləcə də xilas olmağın əyani olaraq qaydaları göstərilib. 
Sonra şagirdlərin fövqəladə hallar zamanı bacarıqlarını yoxlamaq üçün həyacan siqnalı verilib. Şagirdlər ilkin qaydalara uyğun olaraq riayət ediblər. İkinci həyəcan siqnalında şagirdlər nizamlanmış qruplar şəklində uyğun çıxışlardan məktəb binasını 1 dəq. 43 saniyə ərzində boşaldıblar. 
Daha sonra məktəbin həyətində təşkil olunmuş yanğın müəyyən edilmiş vaxt ərzində odsöndürəndən istifadə etməklə söndürülüb. Beləliklə məktəblilər fövqəladə hallar zamanı zəruri olan qaydaları yerinə yetiriblər.  

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır