Oğuz klubunun Xocavənd səfəri

Aprel ayının 15-də millət vəkili Qənirə Paşayeva, xalqımızın şücaətli və fədakar qəhrəmanı İbad Hüseynov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, AR Prezident Aparatı, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və “Şahinlər” düşərgəsinin rəhbəri Akif bəyin təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün Qafqaz Universitetinin Oğuz klubu Xocavənd rayonunda səfərdə oldu. 
Oğuz klubu həmin proqramda  vətənpərvər tələbələrdən ibarət 16 nəfərlik qrupla iştirak etdi. Klubun üzvlərinə universitetimizin Dil Tədrisi Koordinatorluğu şöbəsinin  koordinatoru Cəlil Erdem və Dərnəklər koordinatoru Gündüz Ramazanov rəhbərlik edirdi.
Proqramda Qafqaz universiteti ilə yanaşı Pedaqoji Universitetin tələbələri, o cümlədən Bakının müxtəlif kolleclərinin yuxarı sinif şagirdləri də iştirak etdilər. Oğuz klubu öz fəallığı və intellektuallığı ilə xüsusilə fərqləndi. Klubun rəhbəri Kənan Şıxəliyev, üzvləri Rəşad İdrisov və Günel Əzizova öz müsahibələri ilə həm Oğuz klubunun fəaliyyəti, həm də Xocavənddə keçirilən bu proqram haqqında təəssüratlarını bölüşdülər.
Əvvəlcə, Oğuz klubunun təmsilçiləri  digər proqram iştirakçıları ilə birlikdə İbad Hüseynovun minaya düşdüyü əraziyə toplaşdılar. Millət vəkili Qənirə Paşayeva, İbad Hüseynovun qardaşı, Qarabağ mübaribəsi dövründə İbad Hüseynovun komandiri olmuş Eyvaz Hüseynov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, ardınca da İbad Hüseynov və onun döyüş silahdaşı olmuş Elçin Yunusov nitq söylədilər. Bundan sonra hər kəs birlikdə Nərgiztəpəni ziyarət etdi.
Tələbələrimiz yol boyu vətənpərvərlik mahnıları ifa edir, müxtəlif maraqlı və intellektual oyunlar  oynayaraq Xocavənd səfərinin yaddaqalan olmasını təmin etdilər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır