Samsun bələdiyyəsinin sədri “Qafqaz”da olub


Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmaz və onun rəhbərlik etdiyi nümayəndə heyəti srağagün Sumqayıt şəhərində oldular.
Şəhərlə tanışlıqdan sonra qonaqlar Sumqayıt Texnologiyalar Parkını (STP) ziyarət etdilər. Daha sonra onlar Tarix Muzeyində oldular. Muzeyin direktoru Olya İslamova qonaqlara Sumqayıtın və muzeyin tarixi barəsində məlumat verdi. Daha sonra Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmaz və Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev şəhərlərin qardaşlaşması barədə sənədi imzaladılar.
İmzalama mərasimindən sonra Yusuf Ziya Yılmaz bildirdi ki, bu imza yalnız kağız üzərində qalmayacaq, bizim əməkdaşlığımız uzun illər davam edəcək. Sonra o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu və bələdiyyə sədri Əbülfəz Babayevi Samsun şəhərinə dəvət etdi.
Samsun bələdiyyəsinin sədri “Qafqaz”da olub
Türkiyənin Samsun vilayətinin Böyükşəhər Bələdiyyəsinin sədri Yusif Ziya Yılmaz Qafqaz Universitetində olub. Bu münasibətlə təşkil edilmiş tədbirdə cıxış edən bələdiyyə sədri XXI əsrin elm-təhsil əsri olduğunu bildirib. Güclü elmi potensiala malik ölkələrin dünyada söz sahibi olduğunu deyən Y. Z. Yılmaz “Qafqaz”dakı təhsil mühitindən, tələbələr üçün yaradılmış şəraitdən razı qaldığını qeyd edib. 7-8 il əvvəl Bakıda olduğu vaxtda “Qafqaz”ın hazırkı korpusunun təməlatma mərasimində iştirak etdiyini xatırladan qonaq indi burada bir elm abidəsinin ucaldığını qeyd edib.
Sonda “Qafqaz”ın rektoru prof. Ahmet Saniç qonağa xatirə hədiyyəsi təqdim edib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43155

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır