Samsunlu qonaqlar Quba Özəl Türk Liseyində şagirdlər tərəfindən gül-çiçəklə qarşılandılar


Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusif Ziya Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub. Əvvəlcə, onlar Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüblər. M. Ağayev qonaqlara Quba haqqında, aparılan islahatlar barədə məlumat verdi.  Bələdiyyə sədri Azərbaycanda, Qubada olmasından çox məmnun olduğunu qeyd etdi və onları çox mehriban qarşıladıqlarına da görə təşəkkürünü bildirdi.
 Qonaqlar sonra Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət etmiş və orada gördükləri mənzərədən dəhşətə gəlmişlər.
Quba Özəl Türk Liseyində qonaqlar şagirdlər tərəfindən gül-çiçəklə qarşılandılar. Canıkbaşarı Universitetinin Qəyyumlar Şurasının sədri Ahmet Giritli  çıxışı zamanı 1997-ci ildə bu binanın təməlatmasında iştirak etdiyini bildirdi. “ Xəyalıma belə gətirmədiyim anları yaşayıram. O zaman çətinliklə tikilən bu binanın qarşısında şagirdlərlə görüşmək bizim üçün çox duyğuludur”,- deyə çıxışına davam edən A. Giritli artıq yeni nəslin səsini dünyanın, demək olar ki, hər tərəfində eşidildiyini dedi. Qonaqlar liseydəki  “1993-2000” muzeyi ilə tanış oldular.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43175

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF