“Sumqayıt”ın futbolçuları şagirdlərlə görüşüb

              “Sumqayıt” Futbol Klubunun kollektivi Sumqayıt Özəl Türk Liseyində  şagirdlərlə görüş keçirib. “Zaman” qəzetinin təşəbbüsü ilə təşkil olunan tədbirdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov komandanın baş məşqçisi Bernhard Raab, komandanın üzvləri Bədavi Hüseynov, Slavik Alxasov, Ramil Həşimzadə, Samir Abdulov və Uğur Pamuk da iştirak ediblər.
Əvvəlcə qonaqları salamlayan Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Camalan tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Ölkəmizdə idmana göstərilən qayğıdan danışan liseyin rəhbəri “Sumqayıt” Futbol Klubuna gələcək oyunlarda uğurlar arzulayıb.
Sonra “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. Sumqayıt şəhərinin ölkəmizə bəxş etdiyi idmançılardan danışan klub rəhbəri komandanın gələcək planları barəsində məlumat verib.
Daha sonra tədbir iştirakçıları liseyin tədris şəraiti və məktəbin muzeyi ilə tanış olublar. Ahmet Çamalan beynəlxalq fənn və layihə olimpiadalarında uğur qazanmış şagirdlər barəsində ətraflı məlumat verib.
Təhsil ocağı ilə tanışlıqdan sonra klubun rəhbərliyi və futbolçuları liseyin şagirdləri ilə görüşüblər. Əvvəlcə komandanın cari mövsümdə Premyer Liqada vurduğu qollardan hazırlanmış qısa metrajlı film nümayiş etdirilib.
Sonra baş məşqçi Bernhard Raab və futbolçular şagirdləri maraqlandıran sualları cavablandırıblar. Gələcək oyunları barədə məlumat veriblər. Görüşdə şagirdlər arasında viktorina da keçirilib. “Sumqayıt” Futbol Klubu haqqında suallara düzgün cavab verən şagirdlər klub tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə təltif olunublar.
Görüşün sonunda Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan klubun rəhbərliyinə xatirə hədiyyəsi  təqdim edib, məktəbdaxili keçirilən idman yarışalarında fərqlənən şagirdlərə isə  “Sumqayıt” Futbol klubunun prezidenti Kamran Quliyev mükafat təqdim edib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır