VİDEO:Bakıda Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadası keçirilib


Bakıda Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq... by qafqazlife
Bu məqsədlə paytaxtın Heydər Əliyev adına İdman Konsert Kompleksinə Azərbaycanın rayonlarından gələn məktəblilərlə yanaşı dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılıb.
İştirakçılar ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət və qalıcı münasibət formalaşdırmaq məqsədilə bir araya gəldiklərini bildirirlər. Məktəblilərin təqdim etdikləri layihələr böyük maraqla izlənib. Gəncə Özəl Türk Liseyinin şagirdləri də ən çox maraq cəlb edənlər sırasında olub. Ekologiya Olimpiadasında Əfqanıstan, Türkiyə, Polşa və bütövlükdə 42 ölkədən 400-ə qədər iştirakçı da yarışıb. Qeyd edək ki, ekologiya olimpiadasının keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirməkdir.
Araz Xan

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır