Xarıbülbül Xızı dağlarında

24 April, 2012,
Keçən Şənbə günü Qafqaz Universitetinin bir qrup əməkdaşı ilə Bakı ətrafına – təbiətin qoynuna çıxdıq. Məqsədimiz baharın gəlişi ilə daha da gözəlləşən təbiətdən zövq alaraq, bir-neçə saatlıq da olsa dincəlmək idi.
Vaxtın az olduğunu nəzərə alaraq, daha yaxın bir yeri – Xızı rayonunu seçdik.  Bakıdan təqribən 60 km uzaqlaşdıqdan sonra, artıq Xızının rəngbərəng dağları  bizə maraqlı hisslər yaşatdı. Çox keçmədi ki, yaşıllaşan və çiçəklənən dağ yamacları tez-tez rastlaşdığımız qoyun sürüləri maraqlı görüntüləri ilə günəşli havada zövqümüzə zövq qatdı.
Xızı şəhərinə doğru bir qədər irəlilədikdən sonra rayonun kəndlərindən birində - Xızı kəndində yaşıl otlarlarla, rəngbərəng çiçəklərlə bəzənmiş yamacdan göz yaşı kimi axan bulağın yanında manqalımızı qurduq. Hava günəşli olsa da, dağlardan əsən sərin külək bizi hərdən kölgədən günə çıxmağımıza da səbəb olurdu.
Xülasə, geniş və gözəl mənzərəni seyr edə-edə təzə quzu ətindən bişirilmiş kababı da daddıq. Hər kəs ətarfdakı gözəllikləri daha geniş məkanda seyr etmək istəyirdi. Ona görə də biz yaxınlıqdakı daha yüksək dağın zirvəsinə cıxmağı qərarlaşdırdıq. Elə ki, hərəkətə keçmişdik, dağın yamacından üzü kəndə “gözlərini qırpmadan baxan” Xarıbülbül bütün gözəlliyi ilə bizi qarşıladı. Bir anda hər kəs Xarıbülbülün ətrafına yığışdı. Xarıbülbülə baxaraq həm sevindik, həm də Şuşa həsrəti, Vətən nigarançılığı ilə düçüncələrə daldıq. Sanki, hər kəs Şuşaya olan sevgisini Şuşanı simvolu kimi dəyərləndirdiyi Xarıbülbülə bildirir və onu əzizləmək üçün nə isə etmək istəyirdi...
Axşamçağı evə dönərkən, hamının düşüncəsində bir məqam vardı – Xızı dağlarını daha da gözəlləşdirən  Xarıbülbül və onunla rastlaşmağımız...
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır