“Çağ” bu etimadı işgüzarlığı ilə qazanıb”

Ağdaş Rayon Mədəniyyət Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89, Azərbaycan Demokratik Cümhuriyyətinin  qurulmasının 94, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə “Təhsil bir millətin gələcəyidir” adlı tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca da Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx nümayiş olunub və lisey şagirdləri tərəfindən Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib; builki liseylərə qəbul imtahanına ilk 11 yeri tutan sağirdlərin təhsil haqqından azad olunduğunu diqqətə çatdırıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Aynur Novruzova çıxışında Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqətin ayrıldığını qeyd edib. O bu diqqət və qayğının Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də uğürla davam etdirildiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə fəaliyyətə başlayan türk liseylərinin qısa zaman kəsiyində qazandığı uğurlar kifayət qədərdir.
Çıxışının sonunda Aynur xanım bu il liseyi qurtaran məzunları rayon rəhbərliyi adından təbrik edib.
Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca Ağdaşa hər səfərində rayonun yetkililəri tərəfindən “Çağ”a ünvanlanan xoş sözlər eşitdiyini bildirib. Onun sözlərinə görə, “Çağ” bu hörməti, təbii ki, öz işgüzarlığı ilə qazanıb: “Bu, mənim üçün çox qürurverici bir hadisədir”. O, çıxışının sonunda bu il 16-cı məzun buraxılışını edən Ağdaş Özəl Türk Liseyinin müəllimlərinə və məzunlara uğurlar diləyib.
Qeyd edək ki, tədbir çərçivəsində 2011-2012 tədris ilində respublika, həm də dünya ölkələrində keçirilən olimpiadalarda medal qazanan lisey şagirdlərinə hədiyyələr də təqdim olunub.
Vüqar Nəbıyev Ağdaş
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43671

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır