Gəncədə “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə həsr olunan tədbir keçirilib

 
Bu gün Gəncə Azərbaycan-Türk özəl liseyində “Çağ Öyrətim” İşlətmələri Şirkətinin yaradılmasının 20 illiyinə və tədris ilinin yekununa həsr olunan tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca və şəhər ziyalıları da iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin ifası ilə başlanıb. Sonra Azərbaycan bayrağı çiyinlərdə dalğalanaraq səhnəyə gətirilib. Rəsmi hissədən öncə isə şirkətin 20 illik fəaliyyətinə həsr olunan filmə tamaşa edilib. Rəsmi hissədə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən bildirib ki, ölkəmizdəki fəaliyyətinə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlayan şirkət, azərbaycanlı gənclərə keyfiyyətli təhsil vermək, yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlarından istifadə edib və indi də bu yolda qətiyyətlə çalışmaqdadır.

Ənvər Özərən – “Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri: “Dünyanın 150-dən artıq ölkəsində fəaliyyət göstəririk. Qürurla deyə bilərəm ki, bu gün ölkədə fəaliyyət göstərən liseylərin əməkdaşlarının 83%-i azərbaycanlıdır. Bu müəllimlər 20 il ərzində yetişdirilib. Bu qalibiyyətlər davam edir. Son 20 il ərzində liseylərin məzunları beynəlxalq müsabiqələr, yarışlardan 98-i qızıl medal olmaqla 500 medal gətiriblər”.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Çağ” Öyrətim Şirkətinin ölkəmizdəki müəssisələrində istedadlı, bacarıqlı və vətənpərvər gənc nəslin yetişdirildiyini qeyd edib. Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca liseyin məzunlarını təbrik edərək onların Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi olduğunu bildirib.

Ənvər Özərən - “Çağ Öyrətim” İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri: “Təhsili Azərbaycanda inkişaf etdirən və etdirəcək nəsillin məzunların buraxılışın keçiririk. Bu yetişmiş gənclərin hər biri Azərbaycanın milli sərvətidir. Gələcəkdə bunların içərisindən dahilər alimlər çıxacaq və onlar Azərbaycanı hər yerdə tanıdacaqlar. Onlar nümunəvi bir vətəndaş kimi yetişdirilirlər”.

Mərasimdə liseyin müxtəlif müsabiqələrdə, layihə yarışlarında, idman turnirlərində fərqlənən şagirdləri də mükafatlandırılıb. Tədbir rəsmi hissədən sonra lisey şagirdlərinin hazırladığı mahnı, şeir və rəqslərdən ibarət bədii proqramla davam edib.

İlham Ələkbərli
http://kepeztv.az/g%C9%99nc%C9%99d%C9%99-%E2%80%9C%C3%A7a%C4%9F-%C3%B6yr%C9%99tim%E2%80%9D-i%C5%9Fl%C9%99tm%C9%99l%C9%99ri-%C5%9Firk%C9%99tinin-yarad%C4%B1lmas%C4%B1n%C4%B1n-20-illiyin%C9%99-h%C9%99sr-olunan-t%C9%99dbir-ke%C3%A7irilib 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF