Nurgün Motors ilin şirkəti seçildi

Mayın 7-də Qafqaz Universitetində Nurgün Holdinqin sponsorluğu və Azərsun Holdinqin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. 
Müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətindən danışmışdır. 
Ənənəvi olaraq hər il keçirlən tədbirdə ilin adamı və ya ilin şirkəti kimi müxtəlif nominasiyalar üzrə  tələbə və müəllimlərin iştirakı ilə seçki də keçirilir. Bu ilki səsvermənin nəticələrinə görə Nurgün Motors ilin yerli şirkəti adını qazanmışdır.
Səzvermənin digər nominasiyalarına görə BP – ilin xarici şirkəti, Azərcell şirkətinin prezidenti Ali Ağan – ilin xarici iş adamı, Embawood şirkətinin baş direktoru Elşad Abbasov – ilin yerli iş adamı seçilmişdir.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır