Qafqaz Universiteti qızıl mükafata layiq görüldü

Qafqaz Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci Biznes Təşəbbüsləri İstiqamətləri (“Business İnitiative Direction” – BİD) Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülüb.
Bu barədə “Mərkəz”ə universitetin mətbuat xidmətindən məlumat verilib. Konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilib.
Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib.
Tədbir “İmarPress”-ə daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılıb.
BID təşkilatı hal-hazırda dünyada Keyfiyyət Mükafatı təqdim edən ən önəmli özəl şirkətlərdən biridir. Şirkətin əsas keyfiyyət prinsipləri Yaponiyadakı “Deming”, Amerikadakı “Baldrige” və Avropadakı EFQM təşkilatları kimi güclü təməl üzərinə qurulub. Şirkətin strukturu biznes informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, jurnalist, psixoloq, dizayner, memar, və s. kimi mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və özəl sektorlarının informasiya mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq edir.
Yusif
http://merkez.az/?p=166034

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF