Qafqaz Universitetinin bir qrup tələbəsi neft platformasının quruluşu ilə tanış oldular

Qafqaz Universiteti Mühəndislik Fakültəsinin bir qrup müəllim və tələbə heyəti “AMEC” şirkətini ziyaret etdilər. Ziyarətin əsas məqsədi “AMEC” şirkətinin hazırda inşa etdiyi platforma ilə tanış olmaq idi. Tələbələr iş sahəsinə daxil olarkən mühəndislərin iş zamanı geydikləri xüsusi forma ilə təmin olundular. Bu formalar iş təhlükəsizliyi üçün vacib amillərdən biridir.
Tanışlıq zamanı şirkətin amerikalı layihə rəhbəri tərəfindən yüksək səviyyədə qarşılanan tələbələr, daha sonra həmin mühəndisin təqdimatında şirkətin Azərbaycandakı gördüyü işlərlə tanış oldular. Şirkətin iş təhlükəsizliyi ilə əlaqədar məsul şəxsi tələbələrə  platformanı gəzərkən hansı qaydalara riayət etmələrini izah etdikdən sonra, iki qrup olaraq platformanı gəzdilər. Platformada layihə rəhbəri tələbələrə, bu platformanın planlaması, xammalların alınması, inşaatı, bir sözlə mühəndislərin gördükləri işlərlə tanış etdi. Layihə rəhbəri eyni zamanda tələbələrin maraqlandıran suallara da cavab verdi.
“AMEC” şirkəti Azərbaycanda neft, qaz və tikinti sektorunda iri həcmli layihələri həyata keçirməkdədir. Şirkət Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir və dünya üzrə illik gəliri 3 milyard dollardır.
Dos. İsa Qasimov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır