Bir olimpiadadan 13 qızıl, 10 gümüş və 3 bürünc medal

Bakı Özəl Türk Liseyində X yubiley Beynəlxalq Türk Dili Olimpiadasının qalibləri mükafatlandırılıb
 Bakı Özəl Türk Liseyində X yubiley Beynəlxalq Türk Dili Olimpiadasının yekununa  həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycanın Olipiadadakı uğurları nümayiş etdirilib. Olimpiadanın qalibləri İ, İİ, İİİ yer sahibləri müvafiq olaraq brünc, gümüş, qızıl medal və pul mükafatları ilə təltif edilblər. Bir sıra media nümayəndələri  və millət vəkillərinin də iştirak etdiyi  tədbirdə yaddaqalan anlar yaşanıb. Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. O cümlədən İzmir Atatürk stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə keçirilib. Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk Telekom stadionunda 100 min nəfər tamaşaçının iştirakı ilə təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb və bu da Türkiyənin tarixində yeni rekord olaraq yazılıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Bu il İstanbul Sərgi Mərkəzində təşkil olunan sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Eyni zamanda proqram çərçivəsində bir çox dövlət adamlarının və rəsmilərin də iştirak etdiyi xüsusi Azərbaycan şənliyi keçirilib. Azərbaycanlı şagirdlər öz məharətlərini və Azərbaycan mədəniyyətini yüksək səviyyədə nümayiş etdirdikləri proqramdan qonaqlar böyük məmnunluq hissi ilə ayrılıblar. Olimpiadanın final mərhələsi Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilib. Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıblar. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır