Hacəttəpə Universiteti ilə Qafqaz Universiteti arasında Anlaşma Memorandumu imzalanib


Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Hacəttəpə  Universitetinin  rektoru Prof. Murad Tuncer iyun ayında Azərbaycanda səfərdə olmuşdur. O, bu səfər çərçivəsində Azərbaycanın bir sıra universitetlərində olmuş və bu universitetlərlə ikili əməkdaşlıq müqavilələri imzalamışdır. 

Bu cür əməkdaşlıq müqavilələrindən biri də Azərbaycan Respublikasının Tibb Universitetində həyata keçirilmişdir. Belə ki, 21 iyun 2012 ci il tarixində keçirilən görüşdə Hacəttəpə Universitetinin rektoru, Tibb Universitetinin rektoru və Qafqaz Universitetinin rektoru bir araya gəlmiş və Hacəttəpə Universiteti ilə gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etmişlər. 

Danışıqların sonunda ilk əvvəl Azərbaycan Respublikası Tibb Univeristetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovla Hacəttəpə Universitetinin rektoru Prof. Murad Tuncer arasında Anlaşma Memorandumu imzalanmışdır. Daha sonra isə Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniçlə Hacəttəpə Universitetinin rektoru Prof. Murad Tuncer arasında Anlaşma Memorandumu imzalanmışdır. 

Memorandumun hədəfləri istiqamətində bundan sonra yuxarıda adları qeyd olunan universitetlər ortaq tədqiqat layihələrinin aparılmasında, tələbə dəyişiminin həyata keçirilməsində və müəllim heyətinin qarşılıqlı təcrübə proqramlarında iştirak etmələrində daha sıx əməkdaşlıq edəcəklər. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF