“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya”

Qafqaz Universitetində 2012-ci il məzunlarına həsr olunan “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1993-cü ildə fəaliyyətə başlayan ali təhsil ocağında bu il mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 146 və magistratura pilləsində isə 100 tələbə olmaqla cəmi 427 tələbəsini məzun verir.

"Qafqazdan dünyaya” devizi altında keçirilən məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan verib. Ahmet Saniç çıxışında Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirib.

Rektor məzunlara müraciətində bunları deyib: "Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər! dünya küçüldü, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. 
Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək. O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun".

Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu edib.

Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və universitet birincisinə isə xatirə plaketi verilib. Eyni zamanda, 2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verilib. Sonra tədbir bədii hissə ilə davam etdirilib.
əlavə edilmə : 20-06-2012 10:01
Könül Kamilqızı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır