"Karyerada İlk Addım" adlı Əmək Sərgisinə bütün məzunlar və tələbələr dəvətlidir.

Hörmətli,
Xanımlar və Cənablar!
Azərbaycan Respublikası sürətli və dinamik sosial-iqtisadi inkişaf yolundadır. Belə bir inkişaf strategiyası  yaxın gələcəkdə ölkəmizi sürətli inkişaf edən ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına qoşulmasını təmin edəcəkdir.
Bütün sahələrdə baş verən sosial-iqtisadi inkişaf yeni müəssisələrin meydana gəlməsi və müxtəif sektorlarda iş yerlərinin açılması ilə nəticələnir. Belə bir dinamikada səmərəli rol almaq üçün bütün imkanlarını səfərbər edən Qafqaz Universiteti iş dünyası ilə çoxsahəli fəaliyyətlər həyata keçirməkdədir. Bu cür fəaliyyətlərdən biri də ənənəvi olaraq hər il keçirdiyimiz Əmək Sərgiləridir.

22 iyun 2012-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə təşkil edəcəyi “Karyerada İlk Addım” adlı Əmək Sərgisində dövlət və özəl sektora aid müxtəlif təşkilatlar iştirak edəcəkdir. Sərginin gedişi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılacaqdır.  
    
Təmsil etdiyiniz təşkilatı “Karyerada İlk Addım” adlı Əmək Sərgisində iştirak etməyə dəvət edirik.

Qeyd: Əmək Sərgisində iştirak etmək istəyən təşkilatlardan (nazirlik, komitə, idarə, müəssisə, şirkət, firma və s.) xahiş edirik ki, ən gec 19 iyun 2012-ci il tarixinə kimi Qafqaz Universiteti Karyera Planlama Mərkəzinə müraciət etsinlər.
Hörmətlə,
Dos.Dr. Isa Qasımov
Qafqaz Universiteti
Karyera Planlama Mərkəzinin müdiri
Telefon: +994 (12) 4482862/66 (daxili 304)
Faks: +994 (12) 4482861/67
Mobil: +994 050 6808445, +994 055 7680245
E-Poçt: iqasimov@qu.edu.az     
Ünvan:  Qafqaz Universiteti, Baku-Sumqayit Şosesi 16-km Xırdalan, Bakı AZ0101,
AZƏRBAYCAN

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır