“Qafqaz” onbeşinci məzunlarını yola saldı

Dünən Qafqaz Universitetində “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirilib.
Tədbirdə çıxış edən Qafqaz  Universitetinin rektoru Ahmet Saniç bu ali təhsil ocağını ümummilli lider Heydər Əliyevin şah əsəri adlandıraraq deyib: “Məhz o, Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir”. Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirib.
Daha sonra rektor “Qafqaz”ın builki 15-ci  buraxılışının məzunlarına deyib: “Əziz məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara  hazırlayırıq. Əziz gənclər! dünya kiçildi, bir kənd  halına  gəldi. Elm  insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə  bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib, daha gözəl nailiyyətlər əldə edək. O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun”. Rektor valideynlərə və müəllimlərə də ürək sözlərini çatdırıb.
“Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman xoş soraqlarının gəldiyini dilə gətirib. O, builki məzunların da bu ənənəni davam etdirəcəklərini əminliklə söyləyib.
Tədbirdə “Qafqaz”ın bölmə birincilərinə xatirə hədiyyələr də təqdim edilib. Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, bu buraxılışda “Qafqaz”ın mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, pedaqoji fakültəsindən 146, magistratura pilləsindən isə 100 tələbə məzun olub.  Qvami Məhəbbətoğlu
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43945

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır