Qafqaz Universiteti ilə Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanıb


 AZADİNFORM. Bu gün Türkiyənin Çorum şəhərində yerləşən Hitit Universitetinin  rektoru Reha Metin Qafqaz Universitetində olub.

Qafqaz Universitetindən “Azadinform”a verilən məlumata görə,    tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq məqsədilə hər iki ali təhsil ocağı arasında  Anlaşma  Memorandumu  imzalanıb.
Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin  rektoru R.M.Alkan  imzalayıb.
Görüşdə çıxış edən A.Saniç Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.
R.M.Alkan  isə deyib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Türkiyənin tanınmış universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər. Onun sözlərinə görə, universitet dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr saxlayır, bir sıra beynəlxalq proqramlarda iştirak edir. Səfərindən çox razı qaldığını dilə gətirən rektor əlavə edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaqlar.
Görüşün sonunda qonağa  A.Saniç tərəfindən universitetin xatirə plaketi təqdim olunub.
http://www.azadinform.az/news/a-24154.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır