Qafqaz Universiteti ilə qardaş Türkiyənin Çorum şəhərində yerləşən Hitit Universiteti arasında anlaşma memora memorandumu imzalandı

22 June, 2012,
        Türkiyənin Hitit Universitetinin  rektoru Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil müəssisələrini ziyarət edib. Ziyarətin əsas məqsədi qardaş Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrini genişləndirmək Azərbaycanda olan təhsillə əlaqəli yenilikləri qardaş ölkəyə aparmaq və ölkəsində olan təhsil yenilliklərini Azərbaycana gətirməkdir.Rektor Reha Metin Alkan elə həmin gün Qafqaz Universitetinində  qonağı olub. 
Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti  arasında  anlaşma  memorandumunun imzalanmasıdır. Memorandumun mahiyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin  rektoru Prof.Dr. Reha Metin Alkan  imzalayıb. 
Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.Türkiyənin Hitit Universitetinin  rektoru Prof.Dr. Reha Metin Alkan  isə deyib ki, rəhbəri olduğu ali təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər. Savadlı kadrların yetişdirilməsində Hitit Universitetinin önəmi çoxdur. Universitet dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr saxlayır, bir sıra beynəlxalq proqramlarda iştirak edir. Professor əlavə edib ki, səfərindən çox razı qalıb və Azərbaycandan zəngin təəssüratla ayrılır. Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaqdır.
Görüşün sonunda qonağa  Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən universitetin Günün anısına xatirə  Plaketi təqdim olunub.
Qafqaz Universitetinin mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF