Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

Bakı, 22 iyun (AzərTAc). Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.
Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, imzalanma mərasimində bu ali məktəbin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışmışdır.
Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən rektor bu sahədə əməkdaşlığın vacibliyini xatırlatmışdır.
Türkiyənin Hitit Universitetinin rektoru, professor Reha Metin Alkan bu ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən bəhs etmiş, ali məktəbin bir sıra beynəlxalq proqramlarda iştirak etdiyini bildirmişdir.
Sonra Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi professorlar Ə.Saniç və R.M.Alkan imzalamışlar.
Memorandumda iki universitet arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və digər məsələlər nəzərdə tutulur. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF