Qafqaz Universiteti Əmək Yarmarkası keçirib

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi “Karyerada ilk addım” devizi altında Əmək Yarmarkası keçirir.
Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yarmarka işaxtaran vətəndaşların, xüsusilə də ali təhsil müəssisələrində tələbələrin və həmçinin bu ali təhsil ocaqlarını yeni bitirmiş məzunların sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Bakı şəhərinin Rayon Məşğulluq Mərkəzləri, eləcə də Qafqaz Universiteti ilə əməkdaşlıq edən 100-ə yaxın işəgötürən müəssisə və təşkilat iştirak edir. Bunlardan 10-u dövlət, digərləri isə qeyri-dövlət müəssisələridir. İşəgötürənlər tədbirə 700-ə yaxın boş (vakant) iş yerləri təqdim etmişlər, onlardan 98-i dövlət, 599-u isə qeyri-dövlətdir.

Tədbirin əsas məqsədi məzun və tələbələrə yiyələndikləri ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına zəmin hazırlamaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsidir.
Yarmarkada iri şirkət və kompaniyalarından Azercell Telekom MMC , Bakcell LTD MMC, European Tobacco–Baku ASC, Azərsun Holdinq MMC, Veysəloğlu Yayıcılı Qardaşlar MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti, İmprotex Travel MMC, Azərikimya İB, Metak, Nurgün Holdinq, “Atəşgah” sığorta şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, “Royal Bank” ASC, “Ata Holding” ASC və digər şirkətlər iştirak edirlər.

2008-ci ildən başlayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə layihəsi olan “Karyerada ilk addım” devizi altında baş tutmuş əmək yarmarkalarında 396 işəgötürən təşkilatlar işaxtaran və işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant iş yerləri təqdim ediblər. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 622 nəfərə göndəriş verilib, 246 nəfəri münasib işlə təmin edilib.


Yarmarkada işaxtaran vətəndaşlar və peşəyönümü üzrə müasir texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq də təşkil edilib.


Nigar Məmmədli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF