Rövnəq Abdullayev “İlin idman adamı” seçilib

                
Həbibə/AZADİNFORM. ARDNŞ-nin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Qafqaz universitetinin rektoru Ahmet Saniç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərəni qəbul edib.
Şirkətdən “Azadinform”a verilən məlumata görə, R.Abdullayev bildirib ki, qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında liderlər sırasında yer tutan Qafqaz Universitetinin məzunları son vaxtlar ARDNŞ-də müsabiqə yolu ilə daha tez-tez işə qəbul olunurlar. Universitetin tələbə və məzunları ARDNŞ-nin həyata keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək nailiyyətlər əldə edirlər.
Qafqaz universitetinin rektoru Ahmet Saniç təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Bu il universitetdə açılmış “Kimya mühəndisliyi” fakültəsi ilə “Azərikimya” İstehsalat Birliyi arasında qurulmuş sıx əməkdaşlıq münasibətlərini qeyd edən qonaq bildirib ki, növbəti tədris ilində açılması planlaşdırılan “Mexanika mühəndisliyi” fakültəsi, habelə informasiya texnologiyaları sahəsində ARDNŞ ilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. ARDNŞ-nin perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan R.Abdullayev qeyd olunan sahələrdə Qafqaz Universiteti tələbələrinin Şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin yaradılacağını vurğulayıb.
Ahmet Saniç bildirib ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində 3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “İlin idman adamı” seçilib. A.Saniç “İlin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib.
http://www.azadinform.az/news/a-23978.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF