RÖVNƏQ ABDULLAYEV

Bu gün ARDNŞ-in Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev Qafqaz universitetinin rektoru Ahmet Saniç və Çağ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərin ilə görüşüb.
Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Qafqaz Universiteti qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında liderlər sırasındadır. Gənclər bu universitetə daha çox maraq göstərir. ARDNŞ-də son vaxtlar Qafqaz universitetinin məzunları müsabiqə yolu ilə daha tez-tez işə qəbul olunurlar.
Universitetin tələbə və məzunları ARDNŞ-in həyata keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək nailiyyətlər əldə edirlər. R.Abdullayev bu nailiyyətlərinə görə universitet rəhbərliyini təbrik edib, onlara uğurlar arzulayıb.
Qəbul üçün təşəkkürünü bildirən Qafqaz universitetinin rektoru Ahmet Saniç təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Bu il universitetdə açılmış “Kimya mühəndisliyi” fakültəsi ilə “Azərikimya” İstehsalat Birliyi arasında qurulmuş sıx əməkdaşlıq münasibətlərini qeyd edib.
ARDNŞ-in perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan R.Abdullayev qeyd olunan sahələrdə Qafqaz Universiteti tələbələrinin Şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin yaradılacağını vurğulayıb.
Görüşün sonunda Qafqaz universitetinin rektoru Ahmet Saniç bildirib ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində 3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “İlin idman adamı” seçilib. Səsvermədə iştirak etmiş tələbələr idman sahəsində keyfiyyətli və nümunəvi xidmətlərinə, həyata keçirdiyi yeniliklərə və qazandığı nailiyyətlərə görə Rövnəq Abdullayevə üstünlük veriblər. A.Saniç “İlin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib.
ARDNŞ prezidenti layiq görüldüyü mükafata görə təşəkkürünü bildirib.
qafqazinfo
http://www.musavat.com/new/Son_xəbər/126165-RÖVNƏQ_ABDULLAYEV_"İLİN_ADAMI"_SEÇİLDİ_

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF