X Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan stendi qızıl medala layiq görülüb


Atif Eyvazov/AZADİNFORM. Türkiyədə keçirilən X Beynəlxalq Türk Dili Olimpiadasının qaliblərinin Bakıda mükafatlandırma mərasimi keçirilib.   “Azadinform” xəbər verir ki, tədbirdə Azərbaycanın bir sıra  millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. 
 Tədbirdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz çıxış ediblər. Bildirilib ki, Türk dili, eləcə də türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada  tanınması və yayılmasına nail olmaq məqsədi daşıyan olimpiadada 135 ölkədən 1500 şagird iştirak edib.
Türkiyənin 45 şəhərində 67 proqram təşkil edilib. Həmçinin İzmir Atatürk stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə tədbir təşkil edilib. Ümumilikdə 100 min nəfərin iştirakı ilə İstanbul Türk Telekom stadionunda olimpiadanın bağlanış mərasimi olub. Yazı, danışıq, qrammatika, mahnı, şer, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edən olimpiadada Azərbaycanı təmsil edən şagirdlər öz məharətlərini  və ölkəmizin mədəniyyətini yüksək səviyyədə nümayiş etdiriblər. Beləliklə, Azərbaycan şagirdləri bu ilki olimpiadada 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıblar. Qeyd olunub ki, 10 il müddətində Azərbaycanı təmsil edən şagirdlər 35 qızıl, 48 gümüş və 20 bürünc medal əldə ediblər.
Tədbirdə professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri olimpiadanın əhəmiyyətindən bəhs ediblər. 
Sonda qaliblərə medal və mükafatlar təqdim olunub.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF