X Beynəlxalq Türk Dili Olimpiadasının qalibləri Bakıda mükafatlandırıldılar

Türkiyədə keçirilən X Beynəlxalq Türk Dili Olimpiadasının qaliblərinin Bakıda mükafatlandırma mərasimi keçirilib. Milli.Az xəbər verir ki, tədbirdə Azərbaycanın
millət vəkilləri, təhsil müəssisələrinin, media orqanlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz bildirib ki, Türk dili, eləcə də türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada  tanınması və yayılmasına nail olmaq məqsədi daşıyan olimpiadada 135 ölkədən 1500 şagird iştirak edib.

Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi ilə əlaqədar 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub.

Həmçinin İzmir Atatürk stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə tədbir təşkil edilib. Ümumilikdə 100 min nəfərin iştirakı ilə İstanbul Türk Telekom stadionunda olimpiadanın bağlanış mərasimi olub.

Olimpiadanın final mərhələsi Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilib.

Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlandı və bu da Türkiyənin tarixində yeni rekord olaraq yazıldı. Həmçinin Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırıldı.

Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib.

Yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edən olimpiadada Azərbaycanı təmsil edən şagirdlər öz məharətlərini və ölkəmizin mədəniyyətini yüksək səviyyədə nümayiş etdiriblər. Beləliklə, Azərbaycan şagirdləri builki olimpiadada 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıblar. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlər 35 qızıl, 48 gümüş və 20 bürünc medal əldə ediblər.

Tədbirdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Yeni Azərbaycan Partiyasının Səbail RT-nın sədri, professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, millət vəkili Tahir Rzayev və digər qonaqlar çıxış edərək olimpiadanın əhəmiyyətindən danışıblar.

Sonda qaliblər qızıl, gümüş, bürünc olmaqla medal və diplomlarla təltif ediliblər.

Xatırladaq ki, Beynəlxalq Türk-dili Olimpiadası 2003-cü ildən etibarən keçirilir. Bu  Olimpiadanın məqsədi türk dilinin - türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdır.

Milli.Az 
http://www.milli.az/news/society/123218.html#popupInfo

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır